ABŞ şirkəti “Jacobs” qəhvə brendini 18 milyard dollara alır

Bu gün, 09:18           
ABŞ şirkəti “Jacobs” qəhvə brendini 18 milyard dollara alır
ABŞ-ın Keurig Dr Pepper şirkəti Niderlandın qəhvə və çay istehsalçısı JDE Peet’s-i satın alır.

Razılaşmanın məbləği 18,4 milyard dollar təşkil edir ki, bu da 22 avqust 2025-ci il tarixinə JDE Peet’s-in bazar dəyərindən təxminən 20% yüksəkdir, — deyə Reuters bildirir.

Alqı-satqı xəbərlərindən sonra JDE Peet’s-in səhmləri (Jacobs, Tassimo və Douwe Egberts brendlərinə sahibdir) 25 avqust 2025-ci ildə 17,2% bahalaşaraq 31,1 avroya çatıb. 22 avqustun bağlanışında isə səhmlərin qiyməti 26,5 avro idi.

Birgə şirkət fəaliyyətini iki istiqamətə böləcək və hər iki struktur ABŞ-da qeydiyyata alınacaq:

Global Coffee Co. dünya üzrə qəhvə bazarında işləməyi planlaşdırır.

Beverage Co. isə Şimali Amerikanın sərinləşdirici içkilər bazarına fokuslanacaq.

Keurig Dr Pepper 2018-ci ildə Keurig Green Mountain və Dr Pepper Snapple şirkətlərinin birləşməsi nəticəsində yaranıb və hazırda 7 Up və Dr Pepper kimi qazlı içki brendlərinə sahibdir. Şirkətin kapitallaşması təxminən 48 milyard dollardır.

Sözügedən razılaşmanın 2026-cı ilin ilk yarısında bağlanması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru