İcra başçısının müavini özünü niyə reklam edir?- Yeni vəzifəyə hazırlaşır-İDDİA

Bu gün, 10:18           
İcra başçısının müavini özünü niyə reklam edir?- Yeni vəzifəyə hazırlaşır-İDDİA
Son günlər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundovanın sosial şəbəkələrdə fəallığı ictimaiyyətin diqqətini cəlb edir. Xanım müavin şəxsi “Facebook” və “Instagram” səhifələri yaradaraq müxtəlif görüş və tədbirlərdə çəkilmiş fotolarını paylaşır. K.Axundova hətta həmin paylaşımları ödənişli reklama belə çıxarır.

Könül Axundovanın bu davranışı cəmiyyətdə xeyli sual və müzakirələrə səbəb olub. Çünki Suraxanı Rayon İcra Hakimiyyətinin, rayonun başçısının rəsmi səhifələri var və rayonda keçirilən bütün tədbirlər bu səhifələr vasitəsilə kifayət qədər işıqlandırılır.

Bu halda dövlət qulluqçusu, işi sırf lokal səviyyədə vətəndaşlara xidmət etmək olan olan bir məmur niyə özünü sosial mediada ödənişli əsaslarla reklam etsin ki?

Editor.az-ın bu xüsusda araşdırmasına görə, Könül Axundovanın bu addımı təsadüfi deyil. İddialara əsasən o, yaxın vaxtlarda sosial siyasət sahəsində fəaliyyət göstərən dövlət qurumlarından birinə sədr müavini postuna gətirilə bilər. Buna görə də müavin artıq indidən şəxsi fəaliyyətini geniş formada təqdim etməyə, özünü ön plana çıxarmağa çalışır.

Qeyd edək ki, Könül Axundova keçmiş başçı Əziz Əzizovun dövründə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

K.Axundova bu təyinata qədər Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

//Mahir Ağa, Editor.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru