Donald Tramp: "Putinlə avqustun 18-dən sonra da danışmışıq"

Bu gün, 12:58           
Donald Tramp: "Putinlə avqustun 18-dən sonra da danışmışıq"
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə avqustun 18-də Avropa liderləri ilə görüş zamanı telefonla danışdıqdan sonra da əlaqə saxladığını bildirib.

TASS xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərin "Putinlə həmin tarixdən sonra danışmısınızmı?" sualını cavablandırarkən məlumat verib.

ABŞ lideri dövlət başçıları arasında bu müddət ərzində neçə dəfə söhbətin baş tutduğunu və dəqiq tarixləri açıqlamadan sadəcə "bəli" cavabını verib.

Tramp Rusiya-Ukrayna münaqişəsinin həll oluna biləcəyinə ümidli olduğunu qeyd edib, lakin bunun çətin proses olduğunu da etiraf edib.

"Onun (Putinin - red.) Alyaskaya gəlməsi faktı, buna son qoymaq istədiyinin ciddi bəyanatı oldu", - deyə ABŞ prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru