Beş jurnalist, o cümlədən Al Jazeera, Reuters və AP ilə əməkdaşlıq edən müxbirlər, bazar ertəsi səhər saatlarında Qəzza zolağının cənubundakı bir xəstəxanəyə endirilən İsrail zərbəsi nəticəsində həlak olublar.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq hüquq-müdafiə təşkilatı Sərhədsiz Reportyorlar (RSF) İsrailin zərbəsini pisləyib və BMT Təhlükəsizlik Şurasının Qəzzada jurnalistlərin müdafiəsi məqsədilə təcili iclas çağırmasını tələb edib.