"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...

Bu gün, 10:08           
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Qalmaqallı internet provayder kimi tanınan və vaxtilə "MTN işi"nə görə tutulan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynova məxsus olan, lakin həbsindən sonra "əl dəyişən" “CityNet” Jurnalistlərin binasında qanunsuz çəkilən internet xətlərinə görə müqavilələri mənzil sahiblərinə təxminən 3 aydan sonra göndərməyə başlayıb.

Bu barədə Mia.az-a müqaviləsini yeni alan mənzil sakinlərindən biri məlumat verib.

Onun sözlərinə görə, may ayının 10-da yaşadığı mənzillə internet xətt çəkilsə də, ona vəd edilmiş güzəşt kampaniyası edilməyib: "Halbuki guya ikinci ay pulsuz olacaq, üçüncü aydan isə 29 manat ödəniş edəcəkdim. Lakin iyun ayının əvvəlində qəfildən internet yoxa çıxdı. Bəlli oldu ki, bəs güzəşt sözü yalanmış. O an müqaviləni xatırladıq. Açığı, Jurnalistlərin Binasında jurnalistin aldadılması ağlmıza gəlmədiyindən çəkiliş vaxtı müqaviləni tələb etmək yada düşməmişdi. Nə isə.

Bundan sonra dərhal CityNet-in qaynar xəttinə zəng etdik, bəlli oldu ki, aldanılmışıq. Şikayət etsək də, baxılma müddəti 14 gün olsa da, bunlar ta avqustun 15-dək mənə rəsmi cavab və müqavilənin surətini vermədilər. Bu səbəbdən internet xidmətindən imtina etim..."

Sakin deyir ki, ona 3 ay sonra təqdim olunan müqavilədə isə abonentin imzası nəzərdə tutulan yer boş olub: "Hər halda 3 ay sonra möhürsüz verilən müqavilə belədir..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru