Ziya Məmmədov daha Trampla öyünə bilməyəcək- ABŞ-IN YENİ LİDERİ NAZİR ÜÇÜN TRAMPİLİN OLMADI

18-12-2016, 12:56           

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın təşkilatı Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan edib. Gununsesi.info BBC-yə istinadən bildirir ki, Trump təşkilatının icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırıb.
Ümumilikdə Trump təşkilatı üç lisenziya müqaviləsini – Bakıda bir otel və Rio de Janeyroda bir otel və 5 binalı ofis kompleksini dayandırır.
Bakının Nəsimi rayonunda Heydər Əliyev prospekti üzərində yerləşən 33 mərtəbəli yelkənə bənzər göydələnin tikintisi ötən il başa çatsa da, onun fəaliyyət göstərməsi barədə heç bir məlumat olmayıb.
Trump Organisation-ın PR təmsilçisi Hiltzik Strategies BBC Azərbaycancaya şirkətin Azərbaycanda biznesi barədə sualları şərh etməkdən imtina edib.
Qeyd edək ki, Donald Trampın Amerika prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovun “vurulmuş” mövqeyinin yenidən möhkəmlənəcəyinə dair ümidlər yaratmışdı. Nazirin oğlunun Tramp ailəsi ilə işbirliyinin Ziya Məmmədovun yenidən yüksəlişi üçün trampilin olacağına dair fikirləri ortaya çıxarmışdı.
Hətta Gununsesi.info-ya müsahibəsində Ziya Məmmədov Trampın prezident olmasından məmnunluğunu ifadə edərək, onunla işbirlikləri olduğunu da açıq bəyan etmişdi.
Göründüyü kimi Trump şirkətinin Azərbaycanda layihəsini dayandırması heç də yeni prezidentlə məmmədovların yaxın olmadığını göstərmiş oldu. Bəlkə də münasibətlər iddia olunduğu kimi yaxın olsaydı, o zaman Trump şirkəti Bakıdan getməzdi.
Artıq Tramp Ziya Məmmədov üçün trampilin olmadı…

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.