“Böyük Yaxın Şərq üçlüyü” –Rusiya-Türkiyə-İran Suriya meydanında nəyə nail olacaq? – Təhlil
22-12-2016, 13:00
Pyotr Akopov
vz.ru, 21.12.2016
Rusiya, Türkiyə və İran müdafiə və xarici işlər nazirlərinin Moskva görüşü Suriya nizamlaması üçün önəminə görə Hələbin qaytarılması ilə eyni səviyyədədir. Yeni üçbucaq əlaqəli fəaliyyət göstərsə, onda barışığa məcbcur etmək az vaxt aparacaq. Moskva, Ankara və Tehran hansı şərtlərlə sazişə gələ bilərdi?
Xarici işlər nazirimiz Lavrov İran və Türkiyə XİN və MN başçılarının Moskva səfərinin yekunları barədə deyib ki, Suriya böhranının həlli üçün ən uğurlu format Türkiyə-Rusiya-İran üçlüyü formatıdır: “Rusiya “üçlüyün” tam gücüylə işə başlaması üçün hər şeyi edəcək. Biz müxalifətlə rejim arasında imzalanacaq sazişə zamin olmağa hazırıq”.
Üç ölkə XİN başçılarının qəbul etdiyi birgə bəyanat heç bir qalmaqalı ehtiva etmir. O, “Suriya münaqişəsinin dayandırılması məqsədilə siyasi prosesin canlandırılmasına yönələn uzlaşdırılmış tədbirlərə həsr edilib və başlıcası beşinci olan səkkiz bənddən ibarətdir”.
Sənəddə deyilir: “İran, Rusiya və Türkiyə Suriya hökuməti ilə müxalifət arasında gələcək sazişin hazırlanmasına şərait yaratmaq və zamin olmağa hazır olduğunu ifadə edir. Onlar “yerdəki” şəraitə təsirə malik olan başqa ölkələri də bu qaydada hərəkət etməyə çağırırlar”.
Yəni üç ölkə Suriya hökuməti və müxalifətinə Suriya müharibəsinin nizamlanması haqda sazişə riayət edilməsinə birgə zəmanət verməyə hazır olduğunu bəyan edir. Suriyaarası danışıqlar üçün meydança qismində Astana təklif olunur.
Moskva danışıqlarının əsas qalmaqalı da bundadır: üç ölkənin Suriya üzrə birgə fəaliyyəti üçün gerçək imkanın meydana çıxmasında. ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, AB və Körfəz ölkələrinin danışıqlardan sanki sıxışdırlması da mühümdür, amma əslində, ikinci dərəcəlidir. Aydındır ki, Qazaxıstanda danışıqların müvəffəqiyyəti üçün Suriya dramının açar ölkələrinin hamısının, yəni həm amerikalılar, həm də səudların iştirakı lazımdır. Lakin onlar ilk dəfə aparıcı deyil, xəbərdar olacaq. Yəni nizamlamanın moderatorları Rusiya, İran və Türkiyə daxil olmaqla “böyük Yaxın Şərq üçlüyü” olur. Onlar hazırda fakt üzrə məsələlərin durumuna ən böyük təsirə malikdir – hər üç ölkə Suriya ərazisində vuruşur. Rusiya və İran Əsəd hökumətinin müttəfiqi, türklər isə antiəsəd üsyançıalrın bir hissəsini müttəfiqi və kürdlərin düşməni kimi. Putin, Ərdoğan və Xamenei Suriya üzrə ümumi dil tapırlarsa, onda bu faktın özü Suriya nizamlanmasının dörddə üçünə yol açır. Problemin qalan hissəsinin həlli ABŞ və Səudiyyə Ərəbistanından asılıdır, lakin İran, Rusiya və Türkiyənin “dilbirliyi” halında amerikalılar və səudlar heç harada gizlənə bilməyəcək.
Baş vermiş hadisə iki məsələnin sayəsində mümkün olub: Rusiyanın Suriyada uğurlu əməliyyatı və Türkiyənin mövqeyinin dəyişilməsi. Qərb Ərdoğanı məyus edib. Əvvəlcə ABŞ-ın Suriya müharibəsindəm kürd kartıyla oyandığına əmin olanda, sonra Rusiyanın HKQ bölgəyə gələndə, axırda isə bu yaxınlardakı çevriliş cəhdində. Ərdoğan qiyam boğulduqdan sonra artıq iyulda bildirdi ki, “İran və Rusiya ilə əməkdaşlıqla bölgə problemlərini əl-ələ həll etməyə və barışıq və sabitliyin bölgəyə dönməsində səylətri xeyli gücləndirməyə köklənib”.
Durumla bağlı üçbucaq yaratmaq niyyəti haqda siqnal da elə bu idi. Moskvada baş tutan görüş isə bunun gerçək mexanizmə çevrilməsi üçün artıq ilk ciddi addım olub.
Bu saziş ölkənin bölünməsini ifadə etməyəcək – gerçəklikdə, nə Ankara, nə Tehran bunda maraqlıdır və bu, artıq xüsusən Moskvaya da lazım deyil. Yəni “Suriyanı “geri yığmaq” qərarı qəbul edilməsəydi, Türkiyə onun şimal rayonlarını sevinə-sevinə özünə götürərdi. Lakin ağıllı adamların hamsı başa düşür ki, Suriyanın ləğv edilməsi bütün Yaxın Şərqdə elə bir “domino effekti”ni işə salacaq ki, bölgə dövlətlərindən heç biri uduşda qalmayacaq.
Üçlü sazişin gerçəkləşməsi yolunda hansı təhlükələr var?
Rusiya-Türkiyə münasibətlərində son 13 ayda baş vermiş iki fövqəladə hadisəyə (Su-24-ün vurulması və səfirin öldürülməsi) baxmayaraq, üçbucağın ən zəif yeri o biri tərəfidir. Bu, Türkiyə-İran münasibətləridir. Hər iki tərəf Suriya müharibəsində cəbhə xəttinin müxtəlif tərəflərində idi. Bundan başqa, iki hətta dövlət deyil, sivilizasiyanın çoxəsrlik rəqabət təcrübəsi var və indi dörd ən güclü bölgə dövlətindən (hələ Səudiyyə Ərəbistanı və Misir də var) ikisi olmaqla bir-birnə zidd xeyli maraqları var.
Bundan başqa, Türkiyə ərslərlə farslarla ziddiyyəti və qarşılıqlı fəaliyyəti olan bütün ərəb dünyasının daim sahibi olub və hazırda ərəb ölkələrinin qeyri-formal lideri roluna iddia edir. İran isə əsas şiə dövləti kimi təkcə dünyanın bütün şiələri arasında liderlik roluna deyil, həm də bütün islam dünyasına müəyyən təsirə iddialıdır.
Ərdoğan “Müslman qardaşlar”a – sünni aləmindəki populyar və ərəb ölkələrindəki rejimlərin yetərincə müsəlmansayağı olmadığı tənqidilə çıxış edən siyasi hərəkata yaxındır – eyni zamanda dövlətlərin tam dinləşdirilməsi uğrunda çıxış etmir, sadəcə Türkiyəyə islam eyniyyətini qaytarmaq istəyir. İran isə bütün müsəlmanlara özünün fəaliyyətdə olan, hökumətin üləmaların, yəni müsəlman alimlərinin nəzarətində olduğu dövlətçilik modelini təklif edir.
Lakin hər iki modelin ümimi əleyhdarı – “xilafət”, yəni bütün müsəlmanların antiqərb, antişiə və antisekulyar şüar altında birləşməsi uğrunda çıxış edən radikal sünnilər var. Aydındır ki, “xilafət” nə İran mollaları, nə də Ərdoğan üçün məqbuldur. Dağılmış və bölünmüş Suriya isə onun inkişafı üçün ən gözəl inkubator olaraq qalacaq.
Bütünlükdə Türkiyə-İran ziddiyyətlərində həm obyektivi, həm də subyektivi var – hazırda ikincinin ləğvi və yaxud zəiflədilməsinə istinad Rusiya üçün əsas məsələdir. Buna nə şərait yaradır? Ərdoğanın Qərb və NATO-dan üz çevirməsi – bu onu atlantçıların prinsipial əleyhdarı İranla yaxınlaşdırır. İranın son illərdəki uğurları möhkəmləndirmək arzusu.
Cənubi Livandan Suriya və Cənubi İraqa, yəni İran sərhədinədək bədnam “şiə qövsü”nün önəmi səudlar və İranın Qərb əleyhdarları tərəfindən həddindən artıq şişirdilir. Onu, az qala, ərəb dünyasının üzərindən asılmış hansısa bir qılınc kimi qələmə verirlər. Amma gerçəklikdə şiə azlıqlar orada əsrlərlə yaşayıb və tamamilə təbiidir ki, neft monarxiyaları, İsrail və Qərbin nifrət etdiyi İran öz həmməzhəblərini dəstəkləyir.
Bununla belə, İran Suriyada əbədi döyüşməyi də istəmir, buna görə də, təbii ki, Əsəd hakimiyyətinin saxlanmasında maraqlıdır. Türkiyə üçün isə Əsədin prinsipial əhəmiyyəti yoxdur. Ərdoğan üçün güney sərhədi boyunca vahid kürd qurumunun yardılmasına yol verməmək daha önəmlidir. Bunu isə yalnız iki üsulla etmək olar – ya orada qoşun saxlayıb hərbi əməliyyatlar aparmaqla, ya da kürdlərin iddialarını Dəməşqin özünün qarşısını alacağı vahid və güclü Suriya dövlətini yenidən qurmaqla. Həm də aydındır ki, indi Suriyanın güclü rəhbəri roluna Əsəddən başqa heç bir namizəd yoxdur.
Təbii ki, həm Qərbdə, həm də Körfəz monarxiyalarında Suriya münaqişəsi üzrə Türkiyə-İran yaxınlaşmasına mane olacaq xeyli qüvvə var. Ziddiyyətlərdən istifadə olunacaq, hər iki ölkənin ağrılı nöqtələrinə basılacaq. Təkcə Suriya münaqişəsinin yad ssenari ilə həlli imkanını pozmaqdan ötrü deyil, həm də Rusiyanın sonrakı güclənməyinə yol verməmək üçün. Ərdoğanın bu xarici təsirlərə qarşı nə qədər durmaq istək və bacarığını ən yaxın həftələr göstərəcək. Lakin hələlik görünür ki, Türkiyə prezidenti “üçlük birliyini” sadəcə məcburən deyil, həm də bilə-bilə seçib.
Rusiya isə “üçlüyün” tam gücüylə işləməsi üçün hər şeyi etməkdə maraqlıdır. Axı onun biçimlənməsi ilə Suriya və deməli, bölgə, dünya işlərinə təsir üçün yeni və olduqca mühüm alət qazanırıq.
Tərcümə Strateq.az-ındır.