Azərbaycanı xaosdan Rotşildlər qoruyur? -Gözlənilməz iddia

24-12-2016, 23:12           

“Amma istər Türkiyə, istərsə də Azərbaycan bu super klana da arın-arxayın etibar edə bilməz...”
Rokfellerlərin 16,1 trilyonluq planında Azərbaycanda “rəngli inqilab” nəzərdə tutulubmuş...

Türkiyəni sarsıtmağa yönəlmiş son teraktlar, Rusiya səfirinin qətli, Suriya və İraqdakı döyüşlər, eləcə də Dağlıq Qarabağ məsələsi ətrafında İran-Ermənistan, Rusiya-Ermənistan, ABŞ-Ermənistan, Fransa-Ermənistan və s. açıq və gizli iş birlikləri, bu yandan da İsrailin Azərbaycanla qarşı tərəfləri kəskin qıcıqlandıran əməkdaşlığı və üstəgəl manatın ardıcıl iki kəskin devalvasiyasından sonra yaranmış iqtisadi tənəzzül məkrli güclər tərəfindən yönləndirilən “idarə olunan xaos” dalğalarının ölkəmizdən də uzaq olmadığını göstərir...

Bu mövzuda Moderator.az-ın məxfi ekspertinin vəd etdiyimiz müsahibəsini müzakirənizə buraxırıq:

-Necə düşünürsüz, hansısa transmilli güclər Azərbaycanda sabitliyin təmin olunmasında dövlətimizə öz maraqları xatirinə dolayısıyla dəstək verirmi?

-Politoloqlar hadisələri şərh edərkən əsasən dövlətlərin maraqlarını nəzərə alır, transmilli oliqarxiya və qlobal bank sistemini unudulur. Əslində böyük pullar böyük işlər görmək üçündür... Odur ki, dünyanın ən varlı klanlarının maraqları, qarşılıqlı mübarizəsi irili-xırdalı digər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmür. Doğrudan da, super güclər öz maraqlarına uyğun olaraq bəzən ölkəmizə zərbə vura, bəzən isə arxa dura bilərlər...

Məsələnin məğzini dolğun və əyani anlatmaq üçün insayderlərin nəql etdiyi son dövrlərə aid maraqlı bir hekayəti sizə danışsam, yaxşı olar:

2008-ci ilin iyul səhərlərindən birində bizim adi icra başçılarının da təşkil etdiyi yemək masalarından qat-qat sadə bir şam süfrəsində bir az büküllmüş, amma çox zəhmli bir qocanın 94 yaşı qeyd olunurdu. Bu qocanın qonaqları isə qarşılarında qovluqlar olan çox ciddi əmi və xalalar idi. Həmin qovluqlardan birindən sızacaq informasiya onlarla nüvə başlıqlı raketin itirilməsinə ekviavalent ola bilərdi. Bir ara başda ahıl kişi olmaqla bu adamlardan yalnız 5 nəfəri retro stildə, təbii palıd ağacından və təmiz dəri ilə örtülmüş mebelləri olan otaqda xəlvətə çəkildilər. Zəng səsindən sonra qoca otağa sakitcə daxil olan yaşlı bir katibəyə nəzakətlə buyurdu:

-Rozacım, qızılım, zəhmət olmasa, mənə bir qədəh köpüklü süd, bu adamlara isə pul gətir...

-Nə qədər pul gətirim, cənab?

-Nə qədər istəyirlərsə... 16 trilyon 100 milyard dollar... -deyə qoca qadına bir vərəq uzatdı.

-Oldu, Devid baba. Bu dəqiqə.

Bir dəqiqədən sonra qoca artıq süd içə-içə diqqətlə vərəqə baxırdı. Birdən onun daha çox, bir-birinə dolanmış ilanlara bənzəyən qırışlarla örtülmüş üzündə yırtıcılıq və hiyləgərliklə dolu bir təbəssüm göründü:



-O key, cənablar. Yalnız qalır sizin imzalarınızı qoymaq və iş düzəldi...

94 yaşını qeyd edən qoca Devid Rokfeller, onun qonaqları isə iri dövlətlərin və nəhəng dünya banklarının rəsmi və qeyri-rəsmi nümayəndələri idi. Rokfellerin onlara verdiyi 16,1 trilyon dollar dünya bank sisteminin labüd çöküşdən qurtuluşuna yönəlmişdi. ABŞ hökumətinin rəsmi hesabatına görə, 2008-2009-cu llərdəki maliyyə böhranı zamanı Federal Ehtiyat Sistemi iri dünya banklarına gizli kredit qismində 16,1 trilyon dollar yönəldib. Həmin bankların qısa siyahısını fakt üçün nəzərinizə çatdırırıq(hesabatın 131-cı səhifəsi):
Citigroup — $ 2,513 trln.
Morqan Stelli — $ 2,041 trln.
Мerril Linç — $ 1,949 trln.
Amerika bankı — $ 1,344 trln.
Barklays PLK — $ 868 mlrd.
Biar Sterns— $ 853 mlrd.
Goldman Saks — $ 814 mlrd.

-Çox maraqlıdır. Bəs həmin super-emissiya nə ilə təmin olunmuşdu?

-Bax, əsas məsələ elə budur. Həmin 16,1 trln. dollar ABŞ-ın hakim elitasının dünya miqyaslı bir siyasi öhdəliyi ilə təmin olunmuşdu. Həmin öhdəliyə əsasən Ağ Ev, MKİ, Pentaqon və FTB Mİ-6, “Mossad” və s. dəstəyi ilə Mərakeşdən İranadək ərəb ölkələrində qeyri-sabitlik qurşağı yaratmalıydılar. Bu iş müxtəluf kiçik terror qruplaşmalarının maliyyələşdirilməsi və silahlandırılması yoluyla görülməli idi. Bundan sonra plana uyğun olaraq Liviya, Misir, Tunis, Suriyanın dağıdılması ilə müşayiət olunan “ərəb baharı” başlamalıydı. Ardınca İranın blokadaya alınması və orada “narıncı”, Türkiyə, Ermənistan və Azərbaycanda isə “rəngli inqilab”lar baş verməli idi. Bunlarla eyni zamanda Gürcüstan “qradlar”la Sxinvali(Cənubi Osetiyanın paytaxtı) və Suxumini(Abxaziyanın paytaxtı) yandıraraq həmin əraziləri guya öz nəzarətinə almalıydı.
Əslində bu, o dövrdə FES-in çap dəzgahı tam əlində olan Rokfellerlər super klanının nəzarəti olmalı idi. Ukraynada isə o vaxtkı prezident Viktor Yuşenko Sevastopoldan Rusiya hərbi dəniz donanmasını çıxarması planlaşdırılırdı...
Ərəb ölkələri, o cümlədən Suriya üzərində nəzarəti tam ələ keçirdikdən sonra qlobal elita final raundunu- keçmiş sovet məkanındakı ölkələrin, xüsusən Rusiya dövlətçiliyinin məhvini başladacaqdı. Öncə Belarus və Qazaxıstan çökdürüləcəkdi. Bundan sonra Qatar və Türkmənistandan Avropya qaz kəmərləri çəkiləcəkdi ki, Moskvanın Avropaya iqtisadi-siyasi təsiri minimuma endirilsin. Nəhayət, “İslam” adı altında gizlənən radikalların Qafqazda, Moskvada, Sankt-Peterburqda və Rusiyanın müsəlmanlar çoxluq təşkil edən bölgələrində, eləcə də Gürcüstan və Azərbaycanda təşkil edəcyi saysız-hesabsız terrror aktları bütün potsovet məkanında dəhşətli iqtisadi böhrana rəvac verməli idi. Və təbii ki, bunların ardınca aclıq və yoxsulluqdan cana doymuş insanlar Vaşinqtonun muzdlu “müxalifət” liderlərinin başçılığıyla 1991-1992-ci illərdə olduğu kimi, meydanlara axışacaq və dövlət liderləri ya istefa verməyə, ya postlarını qoyub qaçmağa, ya coşub-daşan kütlənin əlinə keçməyə, ya da ölkəni Bəşər Əsəd kimi sonu bilinməyən vətəndaş savaşlarına sürükləməyə vadar edləcəkdi...
Ancaq biz bilirik ki, “ərəb baharı” Liviyadan Suriyayadək gəlsə də, “İŞİD” İraq və Suriyada meydan sulasa da və son bir neçə ildə ölkə xaosa bürünsə də, hadisələr Rokfellerlərin planlarına uyğun inkişaf etmədi.

Çoxları elə düşünür ki, bu yalnız Rusiya, Türkiyə və İranın prosesə sərt müdaxilələri, öz mənafelərinə uyğun çoxbaşlı kombunasiyaları və daha çox Putin və Ərdoğanın siyasəti sayəsində baş tutdu...

-Bəs konspiroloqlar necə düşünür?

-Biz hesab edirik ki, I və II Cahan savaşlarında olduğu kimi, müasir lokal münaqişə və müharibələrdə də qlobal bank sisteminin, transmilli oliqarxiyanın rolu böyükdür. Hazırda bizə Rokfellerlər və Rotşildlər kimi tanıdılan klanların dünya bank sisteminə nəzarət uğrinda savaşı isə artıq 100 ildən çoxdur ki, davam edir. Bu gün həmin mübarizə öz apogeyinə çatıb. Kimsə bunu bilməyə bilər. Amma siyasət okeanında “sualtı cərəyanları” görən əksər analitiklər XX əsrin iki dünya müharibəsinin əsas səbəbləri kimi Rokfellerlərin Avrasiya neft aktivlərini Rotşildlərin əlindən alaraq bir yerə cəmləməsi olub. Məhz bundan ötrü Almaniyanı iki dəfə Britaniyanın üzərinə qısqırtdılar. Rokfellerlər I Cahan savaşında Almaniya kayzerini, II Cahan savaşında isə Hitleri üslubca maliyyələşdirirdi... O da maraqlıdır ki, sonda Hitler müharibəni Stalinə uduzdu, amma Rokfellerlər də Rotşildləri uddu. Bu qələbədən sonra yenidən qurulacaq düzəni 1944-cü ildə ABŞ prezidenti Ruzvelt özü şəxsən Britaniyanın ölkəsindəki səfiri Qalifaksa diktə etmişdi:


“Səudiyyə Ərəbistanı -ABŞ-ın;
İran – Böyük Britaniyanın nəzarətinə verilir. İraq və Küveyti isə birlikdə(yəni ABŞ-la Britaniya) “sağacağıq”...” Maraqlı bölgüdür, deyilmi?

-Həmin bölgü bu gün də öz aktuallığını saxlayırmı?

-Hələlik saxlayır... Özü də bu, Azərbaycanın, eləcə də Türkiyənin geostrateji maraqları, dostu ilə düşmənini tanıması üçün çox vacib faktordur...

-Qayıdaq bayaqkı super klanların mübarizəsi məsələsinə...

- Hə. Bu minvalla iki dəfə Rokfellerlərə uduzmuş Rotşildlər bunu bağışlamayıb və on illərdir ki, qələbə üçün müxtəlif çoxgedişli kombunasiyalar qururdu...

Nəhayət, 2012-ci il mayın 30-da “Rothshild Investment Trust "Capital Partners"” (“RIT "CP"2) kompaniyasının “Rockefeller Financial services”(“RFS”) kompaniyası arasında müqavilə bağlanması haqda maraqlı bir informasiya yayıldı. Razılığa əsasən Rotşildlərə məxsus kompaniya Rokfellerin kompaniyasının böyük paket aksiyalarına sahib oldu. Məsələ ondadır ki, “Rockefeller Financial services” (“RFS”) kompaniyası Rokfellerlərin və Amerikanın digər varlı ailələlərinin biznesini idarə edir. Dünyanın əksər KİV-də yayılan bu məlumata belə şərh verilirdi ki, guya qloabal oliqarxların iki böyük klanı “ümumdünya böhranının yeni dalğasına qarşı birgə sinə gərmək üçün” ittifaq bağlayıblar. Əslində gerçəklik tam başqa cür idi. Həmin məcburi razılıqla Rotşildlər Rokfellerlərə sarsıdıcı zərbə vurmuşdu. Suriyada Rusiya və Türkiyənin sərt addımları, Putin və Ərdoğanın Amerika və Avropaya qarşı birbaşa, bəyanatları məhz bundan sonra daha kəskin xarakter aldı. Ona görə bu gün Rusiya müdafiə naziri Şoyqu ürəklə deyir ki, Rusiya Suriyada “ərəb baharı”nı durdurdu...

Rokfellerin özünün Türkiyədə son yüzildə törətdikləri və gələcək planları barədə etirafları mediada da yayılmışdı... Yəni, 2012-ci ildən sonra da bu klan müqavimət göstərməkdə davam edirdi. Türkiyədəki 15 iyul çevrilişinin baş tutmaması və ardınca bir neçə ay sonra Rotşildlərin adamı Trampın ABŞ prezidenti seçilməsi Rokfellerləri çökdürdü. Ancaq onlar hələ də müqavimət göstərməkdədirlər. Türkiyədəki son teraktlar, eləcə də Rusiya səfirinin qətli də, çox güman ki, bu klanın sifarişi ilə baş verib... Ərəbistan yarımadasının neft milyaredrəri və onların maliyyələşdridiyi “İŞİD” və digər radikal qruplaşmalar- hamısı Rokfellerlərin nəzarətindədir... Odur ki, hələ Türkiyə və ona dəstək verən dövlətlərə qarşı gözlənilməz zərbələr davam edə bilər...

-Belə çıxır ki, “idarə olunan xaos”un Qafqazlara, o cümlədən Azərbaycana keçməsinin qarşısının alınmasında da Rotşildlərin rolu var?

-Əlbəttə. Unutmayaq ki, Rotşildlərin Bakı neftinə maraqları hələ XIX əsrə gedib çıxır. Bu barədə yerli mediada da xeyli material çap edilib. İkincisi də, təsəvvür edin ki, Suriyada Əsəd, ardınca Türkiyədə Ərdoğan devrilsəydi, bu, İran və Azərbaycana, o cümlədən Rusiya, Gürcüstan və Ermənistana təsirsiz ötüşəcəkdi. O çevrilişlərin qığılcımı mütləq buralara da sıçrayacaqdı...
Yadınızdan çıxıb, azərbaycanlı gənclər arasından vəhabilərin, sonra da “İŞİD”in sıralarına necə axın başlamışdı?
Bayaqdan danışdıqlarımızdan çıxan məntiqi nəticə budur ki, hələlik Rokfellerlərin Rotşildlərə uduzması ikinciləri Rusiya və Türkiyənin müttəfiqinə çevirdiyindən onlar xaosun bizim regiona soxulmasına mümkün qədər imkan verməyəcək...

-Bəs sizcə, Azərbaycan üçün xaos təhlükəsi hələ qalırmı?

-Türkiyədəki son olaylar göstərir ki, hələ təhlükə sovuşmayıb - Rokfellerlər geri çəkilməyib. İkincisi də Rotşildlərə də istər Türkiyə, istərsı də Azərbaycan arxayın arxa çevirə bilməz. Çünki sabah onların maraqlarına uyğun gəlsə, elə özləri hər iki ölkədə xaos yaradılmasına komanda verə bilər. Üçüncüsü və ən vacibi, ölkəmizin öz daxilində milli valyutamızın iki dəfə kəskin “düşməsinə” səbəb olan klanlararası savaşlar, hələ də durdurulması üçün qəti və sərt tədbirlər görülməyən korrupsiya, bürokratiya və iqtisadi monopliya kimi mənfi amillər “xaos” yaradıcılarının əlinə çox böyük “kozır”lar verir.


Bunlara qarşı fəhlədən tutmuş prezidentədək hər kəs öz hüquq, səlahyyət və potensialı çərçivəsində kəskin mübarizə aparmalıdır. Allah özü yardımçımız olsun!..

-Təşəkkür edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.