Qadınların sinəsinə AŞİQ MANYAK, anası ilə bir ÇAYPARIDA... - SSRİ və Rusiyanın ən məşhur ADAMYEYƏNLƏRİ - FOTOLAR
30-09-2017, 22:48
Rusiyanın Krasnodar vilayətində adamyeyənlər ailəsinin tutulması son illərin ən qalmaqallı kriminal hadisələrindən biri oldu. Ailənin 18 il ərzində 30 qurbanının olduğu təxmin edilir. Əgər qətllərin göstərilən sayı sübut edilərsə, cütlük adamyeyənlər arasında rekordçu olacaq.
Publika.az Rusiya mətbuatına istinadən SSRİ və post-sovet Rusiyasında seriya hannibalizmin ən dəhşətli hadisələrini təqdim edir.
Nikolay Cumaqaliyev
Sovet İttifaqının ən məşhur adamyeyənidir. İlk növbədə qətllər və seksual zorakılığı (bəzi qurbanlarının cinsiyyət orqanlarını dişləyirdi – layf.ru) ilə tanınan müasiri Andrey Çikatilodan fərqli olaraq, Cumaqaliyev əsl adamyeyən idi və bütün qurbanlarından qida kimi istifadə edirdi. Onun fikrincə, bu, ona gələcəyi görmək bacarığı kimi xüsusi qabiliyyət qazandırırdı.
Cumaqaliyev Qazaxıstanda doğulub. O, bütün Sovet İttifaqını dolanmağa vaxt tapıb, Sibir, Yakutiya, Murmansk və Uralda yaşayıb. Ali təhsil almaq üçün bütün cəhdləri uğursuzluqla bitib.
Fahişələrin şeytanla saziş bağladığına inanan Nikolay "intiqam" almaq üçün qadınlara təcavüz etməyə başlayır. İlk qətli 27 yaşında - 1979-cu ildə Uzunaqaç-Maybulak yolu yaxınlıqda tək qadına hücum etməklə törədib. Qadının boğazını kəsib və qanını içib. Daha sonra demək olar ki, bütün qurbanlarının boğazını kəsirdi. Və bunu onunla izah edirdi ki, bu an yara vasitəsilə bədəni tərk edən insanın ruhunu görmək olar. Cumaqaliyev ilk qurbanının bədənini parçalayır və əti özü ilə götürür. O, evdə tavada qurbanının daxili orqanları qızardır və bu təcrübədən olduqca razı qalırdı. Hərçənd daha sonra etiraf edirdi ki, ilk dəfə özünü buna məcbur etmək çox çətin olub.
1979-cu ilin növbəti bir neçə ayında manyak daha 5 qətl törətib. O, qurbanlarını güdür, evlərə soxulur və yaxud da özünün təsadüfi yoldaşlarını öldürürdü. Amma yarım il sonra Cumaqaliyevi tamamilə başqa məsələyə görə həbs etdilər. Yanğınsöndürən həmkarları ilə içki qəbul etdikdən sonra tüfənglə bir yanğınsöndürəni vurur. Psixiatrik ekspertiza ona şizofreniya diaqnozu qoyur və bir neçə ay sonra azad edilir.
Evə qayıdandan dərhal sonra öz qanlı fəaliyyətini davam etdirir. O, bir il ərzində üç qətl törətməyə vaxt tapır. Nəyahət, bir gün onun qanlı əməlinin üstü açılır. Cumaqaliyev evinə gələn qonaqlardan birini qonşu otaqda kəsirdi. Otağa girmiş qonaqlar növbəti qurbanını həvəslə hazırlayan çılpaq Cumaqaliyevi görüb və milisi çağırıblar. Amma çılpaq Cumaqaliyev dekabrdakı güclü şaxtaya baxmayaraq, milislərdən qaçır. O, bacısının evində gizlənir. Evində axtarışlar zamanı milislər insan əti ilə hazırlanmış şorabaları aşkar edirlər.
Manyak bir neçə gün sonra saxlanılır. Lakin o, artıq şizofreniyalı kimi tanınmışdı. Onu psixiatrik xəstəxanaya göndərirlər. Amma tarix bununla da bitmir. 1989-cu ildə Cumaqaliyev qaçmağı bacarır və iki il azadlıqda qalır. İki il milis tərəfindən axtarılan qatil Özbəkistanda həbs olunur.
Onun tutulmasından az sonra SSRİ dağılır. Həm yerli, həm də xarici jurnalistlərə müsahibələr verərək qısa müddətə mətbuatın ulduzuna çevrilir.
Hazırda Almatı vilayətində Aktas qəsəbəsində təhlükəli cinayətkarlar üçün xüsusi tipli respublika psixiatrik xəstəxanasındadır.
Aleksandr Spesivsev
Post-sovet Rusiyasının ən məşhur adamyeyənidir. Anası ona qurbanlarını evə cəlb etməyə və cəsədlərini təmizləməyə kömək edirdi. O, anası tərəfindən tək tərbiyə olunurdu. Vaxtından əvvəl doğulan Aleksandr bütün uşaqlığı boyu daim xəstələnirdi. Bu, ana və oğul arasında xüsusi münasibətlərin yaranmasına səbəb olmuşdu: yeniyetmə yaşına qədər anası ilə bir çarpayıda yatırdı.
Ailə heç kimlə ünsiyyət saxlamadan qapalı həyat tərzi sürürdü. Oğlanın məktəbdə də dostları yox idi. Cinayət işləri barədə oxumağa, cəsədlərin şəkillərinə baxmağa həvəs göstərirdi. Onu lazımı “ədəbiyyatla”la vəkilin köməkçisi işləyən anası təmin edirdi.
Onun şəxsi həyatı da həmçinin alınmır. Xoşuna gəldiyi qız ona rədd cavabı verir. 1991-ci ildə isə evləndiyi başqa bir qadını öldürür. Ona şizofreniya diaqnozu qoyaraq psixiatrik klinikaya göndərirlər. Amma üç il sonra buraxırlar.
Bundan sonra manyak uşaqları və yeniyetmələri öldürməyə başlayır. Müxtəlif bəhanələrlə onları evinə gətirir, öz qurbanlarına ilk olaraq işgəncələr verir, sonra öldürür və parçalara bölürdü. Anası isə ona insan ətindən şorba bişirirdi.
Sənədlərdə isə onun hələ də psixiatrik klinikadaa olduğu göstərilirdi (anasının rüşvətlə onu klinikadan çıxardığı ehtimal edilir). Manyakı aşkar etmək təsadüf nəticəsində mümkün olub. Çilingərlər bütün evlərdə boruları yoxlayırdılar. Lakin Spesivsev qapını açmaqdan qəti şəkildə imtina edib. Çinlingərlər sahə müvəkkilinə müraciət edir. Mənzilə gələn sahə müvəkkili orada bədənin parçalanmış hissələrini, insan ətindən şorba və hələ parçalanmayan cəsəd aşkar edib. Manyak çilingərlərin sahə müvəkkilinin arxasınca getdiyi vaxt qaçmışdı. Amma onu bir neçə gün sonra yaşadığı binanın blokunda saxlayıblar.
Spesivsevi 19 qətldə ittiham edirdilər, ancaq məhkəmədə yalnız dördünü sübut etmək mümkün olub. Öz hannibalizmini qadınlara nifrət və okkultizm maraqları ilə (Okkultizm müəmmalar haqqında elmdir –red.) izah edən Cumaqaliyevdən fərqli olaraq Spesivsev insanları niyə öldürdüyünü aydın izah edə bilmirdi.
Manyak hazırda Volqoqrad vilayətində təhlükəli cinayətkarların müalicə aldığı psixiatrik klinikadadır. Təxminən bir il əvvəl yayılan şayiələrə görə, sağalan kimi onu buraxacaqlar, ancaq həkimlər bu informasiyanı təkzib ediblər.
Onun anası isə 12 illik həbs cəzasından sonra 2008-ci ildə azadlığa çıxırb Hazırda Kemerovo vilayətinin qəsəbələrindən birində qızi ilə birlikdə təcrid olunmuş şəkildə yaşayır. Cinayətlərin törədildiyi mənzil isə yandırılıb və hazırda möhürlənib.
Aleksey Sukletin
Sovet adamyeyəni, yenidənqurma illərində bütün ölkədə məşhur olmuş Sukletin öz qurbanlarının ətini qonşulara satırdı.
Müharibə illərində doğulub və bütün uşaqlığı anasının tibb bacısı işlədiyi hospitallarda keçib. Bununla belə, şizofreniyalı deyildi və başqa “həmkarları” ilə müqayisədə daha gec adam öldürməyə başlayıb. Ancaq qanunla bağlı problemləri gənclik illərindən başlamışdı. İlk dəfə həddi-buluğa çatmamış qızı zorladığına görə həbsxanaya düşüb. Azadlığa çıxandan az sonra qrup soyğununda iştiraka görə yenidən həbsxanaya qayıdıb.
Birinci qətli 1979-cu ildə törədib. Bu zaman Sukletin Tatarıstanın Zelenodolski rayonunda bağçılıq cəmiyyətində gözətçi işləyirdi. Sukletin hərəkət etdiyi sxem belə idi: qadınları və qızları evinə gətirir, onlarla cinsi əlaqədə olur (könüllü və məcburən), nəhayət, onları öldürürdü. Sonra gənc məşuqəsi Mədinə Şakirova ilə qurbanın bədənini parçalayırdı.
Sukletin qadın sinəsinin pərəstişkarı idi. Amma qadın sinəsi gözəlliyinə tamaşa etmək üçün deyildi. Bədənin bu hissəsi yemək üçün daha dadlı idi. Lakin, bəzən məşuqəsinə də yeməyə icazə verirdi. Sümüklər bağda basdırılırdı. Bəzən ətin artıq hissəsini satırdılar.
Zamanla Sukletin qadınlara ərzaq kimi baxmağa başladı. O, yoldan keçənləri xarici görünüşünə görə qiymətləndirmirdi, sadəcə neçə kiloqram ətin olacağı onun üçün daha maraqlı idi.
Qətllər 1980-ci il boyunca hər ay törədilirdi. Amma altıncı qətldən sonra məşuqəsi Sukleti tərk etdi. O, bu dəfə 11 yaşlı qızı zorladı, öldürdü və yedi. Görünür, bu, Şakirovanın xoşuna gəlmədi.
Amma Sukletin özünü itirmir və tezliklə özünə yeni sevgili tapır. Onlara yeni sevgilisi Fyodorovanın uzaq qohumu Nikitin də qoşulur. Ancaq bu münasibətlər o qədər uğurlu alınmır. Yeni sevgili, əlbəttə, Sukletin bütün sirləri haqqında bilirdi və növbəti qalmaqaldan sonra onun haqqında milisə bildirməklə hədələdi. Bundan sonra onun taleyi barədə qərar verildi. Suklet Nikitinlə birlikdə Fyodorovanı zorlayaraq öldürdü və onun da ətini birlikdə yedilər.
Bundan sonra Şakirova evə qayıdır. İnsanların itkisinə baxmayaraq, Sukletini heç kim axtarmır və hüquq-mühafizə orqanlarında şübhə yaratmırdı. Onu təsadüfü ələ verir. Üçlük özünə asan yolla pul qazanmaq üsulunu fikirləşir. Plan isə belə idi: Şakirova bağa taksi ilə gəlir və taksi sürücüsünə onunla cinsi əlaqəyə girməyi təklif edirdi. Bundan sonra evə ər rolunu oynayan Sukletin və onun “dostu” Nikitin girir. Onlar taksi sürücüsünü döyür, onu soyur və növbəti gün 200 rubl gətirməyi tələb edirdilər. Əks təqdirdə, onu etibardan salan məlumatları yaymaqla hədələyirdilər. Bir neçə dəfə cinayətkarlar bu yolla pul qazanmağı bacarırlar. Amma taksi sürücülərindən biri milisə gedərək şikayət edir. Hamını pulun ötürülməsi zamanı saxlayırlar. Evdə və bağda axtarış nəticəsində insan sümüklərinin olduğu dörd kisə, insan piyi və öldürülənlərin əşyaları aşkar edilir.
Sukletin yeddi qətldə ittiham edilir və 1987-ci ildə güllələnir. Şakirova və Nikitin isə 15 il azadlıqdan məhrum edilirlər.
İlşat Kuzikov
Ən azı üç insanı yeyən şizofreniyalı və əyyaş. Kuzikov uğurlu ailədə doğulmamışdı. Atası anasını onun gözləri önündə öldürmüş və 11 il həbs cəzası almışdı. Artıq orduda aydın oldu ki, Kuzikovun başında problemlər var. O, özünün iş yoldaşını qayka açarı ilə az qala öldürürdü. Kuzikovda şizofreniya aşkar etdilər və o həmin vaxtdan psixiatrik klinikaların daim iştirakçısı oldu.
Amma Sovet İttifaqının dağılması ilə psixiatrik yardımın göstərilməsi sistemi də dəyişdi. Kuzikov avaralanmağa başladı. O, Sankt-Peterburqun tufeyli sakinləri ilə tanış olur və onları evinə içki içməyə dəvət edirdi. Bundan sonra o, qonaqlarını öldürür və onları alkoqol üçün qəlyanaltı kimi istifadə edirdi. Bu yolla Kuzikov ən azı üç insanı öldürür.
Onun evində soyuducu yox idi. Qonşular milisə şikayətləndilər ki, Kuzikovun mənzilindən dözülməz qoxu gəlir. Milis axtarışlar nəticəsində insanların parçalanmış qalıqlarını aşkarladı. Ət bankalar, qutularda və paketlərdə saxlanılırdı.
Milislərə bildirdi ki, sadəcə olaraq, yemək üçün pul tapmadığı üçün insanları öldürürdü. Ağlının yerində olmadığına qərar verilərək psixiatrik klinikasına göndərilir və orada ölür.
Vladimir Nikolayev
Bu manyak-adamyeyən tipinə görə Sukletinə daha yaxındır. O, insan ətini tək yeyərək ləzzət almırdı, tanışlarını də həvəslə qonaq edirdi. Soyğun və qarətlərə görə 20 ilini sovet həbsxanalarında keçirib. Birinci qətli post-sovet Rusiyasında törədib. O, içki yoldaşlarından biri ilə dalaşır və onu öldürür. Onun bədənini gizlətmək üçün evə aparır və parçalayır. Nikolayev insan ətinin dadına baxmaq qərarına gəlir. Ayaq hissədən kəsilən ət tikəsindən yemək hazırlayır. Lakin dadı xoşuna gəlmir. Amma sonradan belə qənaətə gəlir ki, sadəcə olaraq yeməyi yanlış hazırlayıb və ikinci cəhddən insan əti onun xoşuna gəlir. O, ətin qalan hissəsini yeməyə tanışlarını da dəvət edir.
Nikolayev bir neçə günü sonra yeni içki yoldaşını qonaq dəvət edir və artıq onun konkret hədəfi var idi: öldürmək və onu yemək. O, bu dəfə yalnız tanışları qonaq etmir, həm də ətin bir hissəsini bazarda satır.
Məhz comərdlik adamyeyəni ifşa edir. Qeyri-adi ətə qonaq olan tanışlar onun dadında qəribəlik görürlər və yoxlamaq üçün apardılar. Ekspertizadan sonra aydınlaşır ki, əliaçıq Nikolayev onları insan ətinə qonaq edib.
1997-ci ildə ölüm cəzasına məhkum edilir. Amma ölüm cəzasının ləğvi barədə qanunun qüvvəyə minməsi ilə ölüm cəzası ömürlük həbslə əvəz edilir. Artıq 20 ildir ki, Rusiyanın ən qorxunc həbsxanalarından birində - “Qara delfin”də cəza çəkir.
Uzbayevlər ailəsi
Bu hadisə artıq post-sovet Qazaxıstanda baş verib. Yalniz qadınlardan ibarət Uzbayevlər ailəsi öz qohumlarının əti ilə qidalanırdı.
Ailə Almatıda yumşaq desək, rahib həyat tərzi sürürdü. Qonşular ailə üzvlərindən heç kəsi praktik olaraq görmürdülər, mənzilin pəncərələri istənilən hava şəraitində həmişə bağlı olurdu.
Mənzildən xoşagəlməz qoxu daim gəlirdi, ancaq qonşular bunu qəribə ailənin natəmizliyi ilə bağlayırdılar. Onların kulinaruya meylləri təsadüfən üzə çıxır. Binanın blokuna çağırışa görə gələn həkim-terapevt mənzillərdən birindən gələn güclü meyit qoxusu haqqında hüquq-mühafizə orqanlarına müraciət edir.
Yoxlamayla gələn polis mənzilin şkafında adamyeyən ziyafətlərinin izlərinin olduğu dörd mumiyalanmış bədəni aşkar edirlər. Məlum olur ki, ana və onun üç qızı son bir neçə ayda qohumlarının ətini yeyərək qidalanırdılar.
Ana və qızları hazırda qapalı tipli psixiatrik klinikasında məcburi müalicə alır.