""Öküz oğlu"nu hansı öküz oğlu uydurub?!" Şahlar Göytürk

3-10-2017, 00:59           

Son günlər sosial şəbəkələrdə Seyyid Əzim Şirvaninin adından tədqim olunan "Öküz oğlu" rədifli şeirə tanınmış dilçi alim Şahlar Göytürk sərt münasibət bildirib.

O, şeirin Seyyid Əzim Şirvaniyə aid olmadığını, bunun kimlərinsə uydurduğunu iddia edib.

Arqument.Az Şahlar Göytürkün yazısını təqdim edir:

Şahlar Göytürk



""Öküz oğlu" şeirini hansı öküz oğlu uydurub?! Şeir, üslub və vəzn məsələsindən xəbərdar olan insanlar şeiri oxuyan kimi müəllifin kim olduğunu təsəvvür edə bilirlər.

Əminliklə deyə bilərəm ki, bu cızma-qaranı xaricdə yaşayan, əruz vəznindən başı çıxan, lakin əqidəsiz, mənəviyyatsız və hansısa xarici kəşfiyyata satılmış adamlarlar yaza bilər. Əlbəttə, təəccübləməyə dəyməz!

Bu cızma-qara elə bil "təndirdən təzə" çıxıb. Seyyid Əzimin dilində "gərəkirkən" sözünə rast gəlməmişəm: "Ol başla düşünmək gərəkirkən nədən öylə".

Sosial şəbəkələrdə - bilgisayar arxasında oturub "qəhrəmanlq edənlər"i hələ o vaxt böyük Məmməd Araz qapı dalında gizlənən pələngə, şirə bənzədirdi.

Bir daha deyirəm, ayıb olsun bu cür səviyyəsiz söz yığını ilə gənclərimizin beynini zəhərləyən satqınlara-fars və sapı özümüzdən olan baltalara:

Yar kəlləni âşûra günü yar, öküz oğlu,
Zəncir ilə idrakını da sar, öküz oğlu.
Hər millət əgər elm ilə uğraşsa da, sən get,
“Şaxsey” bağırıb böyləcə çək car öküz oğlu.
Qoy molla cebin dolduraraq rövzə bağırsın,
Döy gəllənə sən ağla da zar-zar öküz oğlu.
Sındır qələmi, yax kitabı, ağlını susdur,
Çün böylə buyurmuşdur imamlar öküz oğlu?
Daim Ömərə lənət oxursun gecə-gündüz,
İslam kitabında beləmi var öküz oğlu?
Quranı açıb bir kərə əsla oxumazsan,
Bax gör necə qırmışdı da əfsâr öküz oğlu!
Ol başla düşünmək gərəkirkən nədən öylə,
Qan içrə batıb gör necə barbar öküz oğlu.
Şah İsmayıla min kərə lənət ola çünkü,
Həm dinimizi eylədi də xar öküz oğlu.
Ol zâtı qırıq İsmayılın bidətidir bu,
Olsun Səfəvilər soyuna ar öküz oğlu.


Seyyid Əzim "Öküz oğlu" adında şeir yazmayıb! Bu şeiri onun adına çıxaranlara, gecə-gündüz baş sındırıb bu milləti böyük tarixi şəxsiyyətlərimizdən uzaqlaşdırmağa, gözdən salmağa çalışanlara Allahın lənəti olsun!

Görün Seyyid Əzim nə deyir:

Cəddim tüpürür görsə sizi ruzi-cəzadə,
Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu!

Böyük mütəfəkkirimiz Seyyid Əzim "Köpək oğlu" şeirini yazıb! Hər misrası, hər beyti ilə razıyam. Yaxlaşıq 130 il öncə, fars şüubiyyəçiliyinin mahiyyətini açıb Allah ona qəni-qəni rəhmət eləsin! Şeiri Quba təziyədarlarına və xeyməni, yəni çadırları qarət edənlərə həsr edib! Bu cür fikirləri yazmaq, yaymaq o dövr üçün çox böyük cəsarət tələb edirdi. Seyid Əzim heç vaxt haqqı, tövhidliyi, onikiliyi, İslam dəyərlərini və səfəviliyi inkar etməyib..Belə şeyləri heç ağlına da gətirməyib, çünki əsl ziyalı idi. Seyyid adını daşıyırdı və bu adın fəlsəfəsini də, missiyasını da hamıdan yaxşı bilirdi..Yeri gəlmişkən, şəhid Seyyid Əzimi Rafiq Tağı ilə müqayisə etmək günahdır. "Köpək sürüsü" onu qapı arasında sıxıb öldürdü.

Lütfən, bu şeiri diqqətlə oxuyun. O dövrün mənzərəsi çox aydın şəkildə verilir...

Söhbət təkcə Qubadakı cəhalətdən getmir. Bir də ki sual olunur. Niyə məhz Quba? Yəqin ki, nə dediyimi başa düşürsünüz!

Baş yarmağa, ox taxmağuva hiç sözüm yox,
Bir siz təki yox sabibi-cürət, köpək oğlu!

Amma ki, bu iş mərifət ilə ola xoşdur,
Biganə bizə etməyə töhmət, köpək oğlu!

Gözlər açılıb, iş dəyişib, haldır özgə,
Ancaq bizi tutmuş bu cəhalət, köpək oğlu!

Bari elə olmaq ki, bizə gülməyə düşmən,
Hər şəhrdə var xarici millət, köpək oğlu!

Baş çapmaq ilə, şaxi* olubdur sizə adət,
Ey məzhəbi-dini olan adət, köpək oğlu!

Ancaq Quba üstündə deyildir bu məzəmmət,
Hər şəhrdə var kani-şərarət, köpək oğlu!

Amma Qubanın bişəsi çox, çaqqalı çoxdur,
Etdiz ki, toyuq tutmağa adət, köpək oğlu!

Bəs, lazım olub çaqqal üçün bir tələ qurmaq,
Ta dəf ola bu rəncü məzəmmət, köpək oğlu!

Aya, demədiz təziyeyi-sərvəri-dindir.
Batildi belə bəzi ədavət, köpək oğlu!

Bu təziyənin sahibi sultani-şəhidan,
Sizdən edəcək həqqə şikayət, köpək oğlu!

Dünyada zinakarsız, üqbadə ziyankar,
Tutdu sizi aləmdə xəsarət, köpək oğlu!

Baş çapmağa, ox taxmağa etdiz əbəs adət,
Nə fərzdi bu əmr, nə sünnət, köpək oğlu!

Boynunda kəfən, əldə qılınc baş çapırsız,
Görsün məni ta bir neçə övrət, köpək oğlu!

Etdim ürəfayə sözü filcümlə işarət,
Ariflərə bəsdir bu işarət, köpək oğlu!

Aldanma, yalandır süxəni-mərsiyəxanə,
Cənnətlə sizə versə bəşarət, köpək oğlu!

Cənnət harada, siz hara tövlə döyü cənnət,
Eşşək balası, dağ ayısı, it köpək oğlu!

Tutduz bir əməl ki, elədiz milləti rüsva,
Yandırdı məni nari-xəcalət, köpək oğlu!

Cəddim tüpürür görsə sizi ruzi-cəzadə,
Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu!

Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər –
Göylərdə mələklər hamı lənət, köpək oğlu!

Siz ağlamasız, öldürüsüz yeddi imamı,
Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu!

Quranda sizin qəlbüvüzi zikr qılıb həq,
Get, eylə "əlif-lami" qiraət, köpək oğlu!

Seyyid cühəla fövcinə bu sözləri yazdı,
Ta eyləyəsiz haldən ibrət, köpək oğlu!
Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm,
Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.