Tarixin ən qorxunc edamları

11-11-2017, 11:24           

Tarix boyu insanlar müxtəlif cəza üsullarından istifadə etmişdir. Bu cəza üsullarının bəziləri dəhşətli dərəcədə ağır olurdu.

Sizə tarixin ən qorxunc 5 işgəncəsi haqqında yazını təqdim edirik:

Buğa işgəncəsi
Siciliya buğası olaraq da bilinən bu işgəncə üsulu antik Yunan dövründə kəşf edilmişdir. Bu işgəncə aləti düyü mədənində düzəldilirdi. İşgəncə olunacaq insan buğanın içinə yerləşdirilir və sonra altında tonqal qalayaraq işgəncə başladılardı. Yavaş-yavaş isinən və olduqca qaynarlaşan buğanın içindən çığırtı və hayqırtılar eşidilirdi. Sistemi elə qurulmuşdu ki, ordan səs olduqca qüvvətli şəkildə çıxırdı.

Tarixin ən qorxunc edamları
Vanna işgəncəsi.
Tarix boyunca vannaya oturtmaq olaraq bilinən bu işgəncədə isə günahkar insanın sadəcə baş hissəsi bayırda olacaq şəkildə taxta vannanın içinə oturdulurdu. Daha sonra bütün bədəninə bal və süd ilə qarışdrılmış bir məhlul çəkilirdi. Bu sayədə ətrafda nə qədər həşəratlar var idisə, qurbanın bədəninə gəlirdi. Bir neçə gün keçdikdən sonra insan canlı-canlı çürüməyə başlayırdı.

Sütuna oturtma işgəncəsi.
Bu işgəncə üsulunda qurban ucu şiş olan bir sütünun üzərinə oturdulur və sütün yavaş-yavaş yuxarı qaldırılır. Bu sütünun yeri xüsusi seçilirdi ki, əsas orqanlar zədələnməsin və qurban acılar içində, yavaş-yavaş ölsün. Bu üsulla qurban ən çoxu 3 günə ölürdü.

Yəhudi xizəyi işgəncəsi.
Bu işgəncə üsulu sütünla eynilik təşkil etsə də, fərqli olaraq burada qurban piramida şəklində olan bir xizəyin üstündə oturdulur və sabit qalması iplərlə tənzimlənirdi. Burada qurbanı daha çox alçaltmaq üçün tamamən çilpaq şəkildə oturdur və gigiyena qaydalarına qətiyyən riayət edilmirdi. Yavaş-yavaş qurbanın içinə daxil olan şiş piramida, ona inanılmaz ağrılar verir, öldürməsə belə, bulaşdırdığı mikroblarlarla öləcəyini dəqiqləşdirirdi.

Siçan işgəncəsi.
Siçanlarala olan işgəncənin iki üsulundən istifadə olunurdu. Birincisində qurban yerə bağlanır və ac siçanlar onun üzərinə buraxılırdı. Onlar qurbanın müxtəlif yerlərini gəmirərək, ona acı və iztirab dolu bir ölüm yaşadırdı.

İkinci işgəncədə isə alt hissəsi açıq bir qəfəs, qurbanın qarın bölgəsinə bərkidilər və içinə siçanlar buraxılardı. Üstündə qoyulan atəş isə siçanların qorxmasına səbə olar və onlar qaçmaq üçün qurbanın qarın hissəsindən başlayaraq gəmirər və qurban acılar içində ölərdi.

mediaktiv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.