Gürcüstanda Azərbaycan həsrəti - reportaj-fotolar-video
5-08-2015, 15:03
Gürcüstan. Azərbaycanın ən yaxın qonşusu. Həm də Azərbaycanın dövlət səviyyəsində ən çox yatırım qoyduğu ölkələrdən biri. Rəsmi statistikaya görə, bu il Azərbaycandan Gürcüstana gedənlərin sayı 700 min nəfərdən çoxdur. Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi açıqlamışdı.
Bir haşiyəyə çıxaq.
- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
- Azərbaycanda iqtisadi situasiya pisləşdiyi üçün ölkə biznesmenləri Gürcüstana can atır. 2014-cü ildə biznes mühit üzrə bu ölkə 43-cü yeri tutub (Azərbaycandan 22 pillə yüksək). Azərbaycanda iqtisadi vəziyyət psiləşdiyi üçün fərq daha da arta bilər. 2014-cü ildə Gürcüstana xarici investisiyalar $1272 mln olub. Bu, 2013-cü ildəkindən 39% çoxdur. 2014-cü ildə Azərbaycan Gürcüstana investisiyalarda $302 mln-la ikinci olub. I yeri Niderland, üçüncü yeri Çin tutub. Bu ilin I rübündə Azərbaycan Gürcüstana investisiyalarda birincidir. $444 mln-ın $59 mln-u və ya 34% Azərbaycanın payına düşüb. İkinci yeri Türkiyə ($27 mln), üçüncü yeri Rusiya ($27 mln) tutub. Azərbaycan biznesmenləri arasında sorğu göstərir ki, onları şəffaf və sadə vergi sistemi, sadə gömrük prosedurları, dövlətin biznesə müdaxilə etməməsi, mülkiyyətin qorunması və Gürcüstan hökumətinin təşviq siyasəti cəlb edir.
Bu fakt bu aralar Azərbaycanda Gürcüstandakı iqtisadi vəziyyəti pisləyən, qonşumuza həsədlə baxan insanlarda mənfi rəy yaradan bəzi KİV-lər də var. Onlara cavab olsun deyə qeyd etdik. Həm də indi rəsmən açıqlanan faktlara görə 1 milyona yaxın azərbaycanlı Gürcüstana istirahətə gedir. Nəzərə alsaq ki, hər bir insan cibinə minimum 100 dollar qoyub getsə, bu 100 milyon dollara bərabər pul deməkdir. Azərbaycanlılar apardıqları pulları orada lariyə çevirərək xərcləyir və cibləri boş öz ölkələrinə dönürlər. Hər halda bu investitsiya deyil, cibxərcliyidir.
Turizm agentliklərini, otelləri, bütün növ xidmət sahələrinin də qazandıqlarını nəzərə alsaq, o zaman turizm mövsümündə Gürcüstanın tək Azərbaycanın hesabına qazandıqlarının nə qədər böyük olduğunu görərik. Tiflisdə olarkən diqqətimi çəkən ən mühim məqam ən qaynar istirahət mərkəzlərində belə qiymətlərin sıradan dükanlardan, topdansatış məntəqələrindəki ilə eyni olması idi. Heç kim fürsətdən sui istifadə edib, turistləri aldatmır. Burada Avropa istehsalı olan Marlbro siqaretləri 3 lariyə satılır. Azərbaycan manatı ilə 1 manat 50 qəpiyə. Bakıda eyni siqareti açıq satışdan tapmaq çox çətindir. Həm də ən azı 4 manata. Təxminən 8 lariyə.
Tiflisdə rəsmən qeydiyyatdan keçmiş 43 televiziya kanalı var. Burada televiziya açmaq o qədər sadədir ki, istənilən vətəndaş texniki avadanlıqları varsa, sənədlərini Ədliyyə Nazirliyinə təqdim edir və 1 gündən sonra TV efirə çıxır. Çoxlu sayda qəzetləri var. İnternetdə isə saysız-hesabsız xəbər portalları. Burada kimisə tənqid etmək o qədər adiləşib ki, artıq insanlar sanki heç kimi tənqid etmək istəmirlər. Yəni tənqid etmək üçün heç kim can atmır.
Daha sonra yolçuluğumuz Batumiyə. 28 iyul səhər saatlarında şəhərə daxil oldum. 4+ ulduzlu Batumi Plazada yerləşdik. Oteldə bir gecə qalmaq (səhər yeməyi, üst qatda hovuz, trinajor, massaj) cəmi 30 dollardır. Gözəl mənzərəsi, yüksək xidmət səviyyəsi işıqlı və geniş otaqları ilə göz oxhayan bir məkan. 1 və 2-ci qatlarda ticarət mərkəzləri, dükanlar yerləşir. 4-cü mərtəbədə isə otel.
Batuminin ən məşhur yeri kanat gəzintisidir. ARQO şirkətinin qurduğu kanatın gediş gəliş məsafəsi 12 kilometrdir. Qiyməti isə 8 lari (3.5 manat). Yolun sonunda böyük bir meydan açılır. Bütün Batumi ayaqların altında. Burada hətta teleskop da var. 1 lariyə verib bütün şəhəri görmək olur. İnanılmaz bir mənzərə.
Batumidə ən çox turistlərin istifadə etdiyi gəmi gəzintisidir. Gəmi ilə gəzinti müxtəlifdir. Cəmi 5 manata tam 1 saat gəzinti və bütün sərinləşdirici və spirtli içkilər, xidmət də daxil dincəlmək olur. Limanda dayanan gəmilərə 3 dildə, türk, rus və gürcü dilində gənc matros qızlar mikrafonla turist toplayırlar. Gəzintinin elan edilən vaxtı çatdımı, gəmidə 1 turist olsa belə hərəkətə keçir. Daha tam dolmasını gözləmirlər. Turizm üzrə rəsmilər Batumidə bu prossedurlara ciddi nəzarət edirlər.
Bautmidə ən gözəl məkan Yeni Bulvardır. Gürcülər deyir ki, uzunluğu 10 kilometrdən çox olan bulvarı Saakaşvili çəkib. Hətta bulvar inşa edilən zaman Türkiyə ilə dövlət səviyyəsində qalmaqal da yaşanıb. Bulvarın ərazisi sərhəd ərazisinə qədər uzanır. Sonunda tikanlı məftillər var. Türkiyə Saakaşviliyə rəsmi notayla sərhəddəki neytral ərazidə bulvar inşa etdiyinə görə etiraz da edib. Burada göz oxşayan tikililər hələ də dava edir. Və inkişaf göz önündədir.
Batumidə sürücülərin yanında əyləşmiş sərnişinlər də mütləq təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Əks təqdirdə sürücülər 100 lari (50 manat) cərimə edilirlər. Burada küçədə yerə siqaret kötüyü atmaq 120 lari (60 manat) cərimədir. Məsələn küçədə yerə siqaret kötüyü atan şəxsi polis görəndə sakitcə yaxınlaşır, gülümsəyərək ədəbsizlik etdiyini deyir və cərimə yazır. Cərimə yazılan turist öz ölkəsinə cəriməni ödəmən qayıda bilməz.
Başqa bir diqqətimizi çəkən məqam burada valyutadəyişmə məntəqələrində başqa ölkənin vətəndaşın pasport istənilməsidir. Pasportunuzu verməsəniz xarici valyutanı lariyə çevirməzlər. Yəqin bu da Gürcüstan dövlətinin turizm gəlirlərinin ölkələr üzrə təsnifatını aparmaq üçün həyata keçirdiyi bir statistik prossedurdur.
Batumidə ən çox rastlaşdığçəmız turistlər Türkiyədən gələnlərdir. Burada Trabzon, Rizə, Hopa sakinləri, xüsusilə də lazlar daha çoxdur. Onlar laz dilində gürcülərlə rahat danışa bilirlər. Batumidə olarkən eşitdik ki, istirahətə gəlmiş 3 nəfər azərbaycanlının avtomobilini ermənilər əziblər. Bundan sonra isə skandal yaşanıb. Ermənilər Gürcüstanda millətçiliklərindən qalmır . Təəssüflər olsun ki, azərbaycanlılar, xüusisilə də turizm şirkətləri ən azı ekskursiyalara, turlara çıxarkən Azərbaycan bayrağını belə götürmürlər. Əvəzində qrup halında hərəkət edən 4 türkiyəli turistin önündə gedən şəxsin əlində Türk bayraqları olur…
Gürcüstanda yol polisi hərbiləşdirilmiş rejimə keçib. Saakaşvilinin zamanında həyata keçirilən bu islahatları hər kəs dəstəkləyir. Tam silahlanmış, polislərin əksəriyyəti yaraşıqlı və gənc qızlardır. Avtomobilləri güllə keçirməyən zirehlə təchiz edilmiş yol polisləri çox az gözə dəyir. Bu şəhərdə polislər tində-bucaqda pusqu qurmurlar. Şəhərdə demək olar ki, radar yoxdu. Qayda pozanlar da çox azdır.
Avqustun 31-də Kutaisidə nahar edərək Trabzondan Tiflisə dönürəm. Yolustu Kutaisidə nahar zamanı gürcü dostum Karpo danışır ki, buranın özəl mətbəxi var. Kutaisidə tikəkabab mal ətindən hazırlanır. Ən dadlı yeməkləri sə Çuşuşuladır. Əgər Kutaisiyə getsəniz mütləq Çeşuşula yeyin.
Nahar edərkən Seperavi çaxırlar, Nabeqlavi və Barjomi suları da menyuya daxil deyil və istədiyiniz qədər içə bilərsiniz.
Kutaisidə Acariyanın devrilmiş prezidenti Aslan Abaşidzenin atasının adına küçə var.
Daha sonra Tiflisə geri döndük. Burada ən gözəl park azərbaycanlıların yaşadığı məhəllədə Heydər Əliyev parkıdır. Yaxınlıqda Azərbaycan səfirliyi var. Tiflisdə ən böyük ofis SOCAR-ındır.
Və ən əsası Gürcüstanda insanlar çox soyuqanlıdır. Ətrafda aqressiya sıfır… Geri dönürük. Azərbaycana Borçalı torpaqlarından keçərək. Azərbaycan daha gözəldir. Öz evimizə geri dönərkən isə Azərbaycanımıza ən gözəl arzular arzulayaraq, qəhərləndim. Borçalıya baxaraq gözüm arxada qaldı…
Razi ABASBƏYLİ
Bakı-Tiflis-Kutaisi-Batumi-Trabzon-Bakı