"Hatayspor"un sabiq futbolçusu Aaron Bupendzanın faciəli ölümünün səbəbi bilindi
17-04-2025, 17:24
Çin Superliqasının "Çjetszyan" klubunda çıxış edən və eyni zamanda, Qabon milli komandasının hücumçusu olan Aaron Bupendzanın 11-ci mərtəbədən yıxılaraq ölməsinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, Çin polisinin ölüm faktı ilə bağlı apardığı araşdırma nəticəsində futbolçunun binadan kənar müdaxilə olmadan, özünün yıxıldığı müəyyən edilib.
Daha əvvəl futbolçunun qardaşı ilə mübahisə etdiyi və onun tərəfindən binadan atıldığı iddia olunurdu.