SENSASİON İDDİA: Rusiya kosmik müharibəyə hazırlaşır – Starlink peykləri hədəfdə!
Dünən, 07:08
Rusiya Qərblə mümkün “tammiqyaslı ilk kosmik müharibə” üçün peykləri məhv edə biləcək silahlar hazırlayır.
TEREF Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri amerikalı kosmik təhlükəsizlik üzrə ekspert Viktoriya Samsonun açıqlamalarına istinadən məlumat yayıb.
Samson bildirib ki, Rusiya Müdafiə Nazirliyi “Nudol” tipli peyk əleyhinə raketləri nüvə başlıqları ilə təchiz etməyi nəzərdən keçirir.
Onun sözlərinə görə, bu raketlər “Starlink” sisteminin peyklərini vurmaq üçün də istifadə oluna bilər.
Ekspert əlavə edib ki, bu məlumatlar hələ tam sübuta yetirilməyib, lakin mövcud siqnallar Rusiyanın kosmik silahlanma yarışında fəal iştirak etdiyini göstərir.