Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə, BUNLARI EDİN: seks, duş, alma...
8-01-2018, 08:31
Professor, bolqar genetik, onlarla kitabın müəllifi və bütün dünya üzrə - 63 ölkənin 200 universitetində mühazirələr oxuyuan Uilyam Memerski əmin edir ki, insan xəstəliklərinin yaranmasının 66 faizi seçdiyi qidalardan asılıdır.
Professorun insan sağlamlığı haqqında açıqladığı maraqlı faktları təqdim edir.
Qocalma haqqında
Qocalıq təbii proses deyil. Bir çox alimlərin fikrincə, bu xəstəlikdir və biz özümüz öz qeyri-sağlam qida vərdişlərimizlə onu sürətləndiririk. Dünyada insanların 70% -i məhz düzgün qidalanmadığı üçün ölür. Bəşəriyyətin bəlası olan podaqra xəstəliyi, insult, infarkt, diabet, xərçəngin müxtəlif növləri kimi xəstəliklərin yaranma səbəbi yediyimiz zərərli məhsullardır.
Faydalı qidalar qocalma prosesini ləngidirmi?
Sadə qidalanma qaydalarına əməl etməklə dəri və orqanları gənc saxlamaq mümkündür. Başlıcası isə ifrata varmaq lazım deyil. Professor iddia edir ki, tərəvəz, meyvə, yoqurt, süd, şərab yaşlanmanı gecikdirir. Lakin şərab çox təbii olmalı və az istifadə edilməlidir. Məsələn, Fransada əti qırmızı şərabla yumşaltmaq ənənəsi var. Bunun sayəsində fransızlar daha sağlam və gümrah qalır.
İlk yerdə təbii yoqurt dayanır. Quru südlə mayalanmış qatığın isə heç bir müalicə effekti yoxdur. Təbii qatıq daha yaxşı həzm olunan qidadır. O, mədə və yoğun bağırsaq xərçəng xəstəliyinin qarşısını alır, osteoporozin inkişafını dayandırır.
Arıqlamaq və bədənin təmizlənməsinin ən təsirli üsulu
500 qrm təbii qatığa 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı 30% -i arı propolisi (propolis - arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır) töküb qarışdırın. Deserti faydalı ərzaqlarla müxtəlifləşdirmək olar. Ona qaragilə, banan, çiyələk və qoz ləpəsi əlavə etmək olar.
Bu ləziz təamı səhər axşam yeməyi kimi yemək olar. 20 gün ərzində hər 2 saatda 2 qaşıq bu desertdən yesəniz, görərsiniz ki, beliniz incəlib, saçlarınız parlaq olub, orqanizmin ümumi vəziyyəti isə yaxşılaşıb.
Gözəllik üçün təbii vitaminlər
Gözəllik üçün ən yaxşı vitaminlər kök və sarımsağın tərkibindədir. Azərbaycanda keçirilən eksperimentlər də göstərib ki, sarımsaq sehrli xüsusiyyətlərə malikdir. Çirkli və xəstəlik törədən mikroblarla dolu olan bir sətkan suyu sarımsaq əlavə edilmiş bir stəkan su ilə yanaşı qoyublar. Bir neçə saat sonra mikroblardan əsər-əlamət olmayıb. Sarımsaq onları hətta uzaqdan məhv edib!
Propolis də oxşar xüsusiyyətlərə malikdir. O, qrip viruslarını öldürür, qastrit, kolit və bakteriyalarla mübarizə aparır, xərçəngin profilaktikası üçün də əla vasitədir. Bunun üçün gündə 50 ml suya 20-30 damcı arı propolisi əlavə edib 2 dəfə içmək kifayətdir.
Saçların, dırnaqların və dərinin gənc görünməsi üçün aşağıdakı maskanı hazırlaya bilərsiniz.
Şüşə qabda eyni miqdarda bal, qoz ləpəsi, kişmiş, qaysı qurusu, limon suyunu əlavə edin və gündə 3 dəfə qəbul edin.
Zəhərli məhsullar
Dünyada məhsullara xoş iy və dad verən 200-dən artıq kimyəvi maddə yaradılıb. Artıq müəyyən edilib ki, bu maddələr zənginləşdirilmiş şəkildə ölümə səbəb ola bilər. Odur ki, aldığınız məhsulların üzərindəki ən xırda mətni belə diqqətlə oxuyun, çünki zərərli komponentlər ədətən oraya köçürülür. Sintetik əlavələr, natrium nitrat və nitrit natrium gəncliyin və sağlamlığın ən geniş yayılmış qatillərindən biridir. Bu maddələri ətin köhnəlməməsi üçün konservalarda istifadə edirlər. Adlarını çəkdiyimiz maddələr bir qaya olaraq kolbasa, sosiska, bekon, vetçina və balıq konservilərinin tərkibində çox olur.
Olduqca təhlükəli konservantlara butilat hidroksituol və bulilat hidrosianizol aiddir. Onlar çipsi hazırlanmasında yağların acılığının qarşını almaq məqsədilə istifadə edilir. Onu həmçinin hazır tortlar, saqqız, makaron və digər məhsulların istifadə müddətini və təravətini qoruyub saxlamaq üçün istifadə olunur. Ən dəhşətlisi isə bu məhsulları uşaqların daha çox sevməsidir. Onların xərçəng və allergiya yaratması riski çox yüksəkdir.
Hazır şirələr də uşaqlar üçün təhlükə mənbəyidir. Onlarda bromin bitki yağı qatılır. Bu maddə sitrus şirələrinin xarab olmasının qarşısını alır. Lakin bu yağ insan orqanizmi üçün əsl zəhərdir. Odur ki, öz əlinizlə sıxdığınız şirələr için.
Duzlu və şirin məhsullar özünüz üçün tabut hazırlamağa bərabərdir!
XX əsrin əvvəllərində insanlar indiki dövrlə müqayisədə 5 dəfə az şəkər istifadə edirdilər. Şəkər insan üçün ən dəhşətli ağ lənətdir. O, ürəyə, böyrəklərə və mədəyə böyük ölçüdə ziyan vurur. Odur ki, qazlı içkilər və limonadları unudun.
Böyük miqdarda duz qəbulu yüksək qan təzyiqinə gətirib çıxarır. Ac qarına qəlyanaltı etmək xüsusilə təhlükəlidir. Sağlam və gümrah bədənə sahib olmaq istəyirsinizsə, mikrodalğalı sobada qızardılmış popkorn, çipsi kimi məhsullardan uzaq olun.
Professor Uilyam Memerskidən uzunömürlülük resepti
Çox kalorili məhsullar yeməyin.
Hər gün bir alma yeyin.
Donmuş su və bitki çayları için.
Aktiv və hərəkətli olun.
Hər gün duş qəbul edin.
Sərin otaqda yatın.
İstirahət günlərində piyada gəzin və velosiped sürün.
Özünüzü sizi sevən dostlarla əhatə edən, seksdən imtina etməyin və çoxlu gülün.
Heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız.publika.az