Buraya gələn, məzara toxunan hər kəs ölür – Lənət illərdir davam edir – FOTOLAR

26-03-2018, 00:28           
Buraya gələn, məzara toxunan hər kəs ölür – Lənət illərdir davam edir – FOTOLAR
Lənət yoxsa təsadüf? Ziyarətçilər niyə ölür?

Tutanhamonun məzarı uzun araşdırmalardan sonra tapıldı. Başlanğıcda arxeoloqlar məzarın tapılmasında çətinlik çəkirdilər. Kont Karnarvon və Harold Karter uzun axtarışlar nəticəsində, nəhayət, arzularına çatırlar. Amma bu onların son tapıntısı olur. Məzar tapıldıqdan sonra çoxsaylı turistin axınına məruz qalmağa başlamışdı.

Daha sonra məzardan çıxan tapıntılara sahiblik üstündə iki arxeolaq arasında anlaşılmazlıq yaşanır. Bundan sonra ailimlərin yolları ayrılır. Karnarvon ailəsi ilə birgə Qahirəyə geri qayıdır, lakin qəfildən xəstələnir, və bir müddət sonra sadəcə 47 yaşında dünyasını dəyişir. Bu ani ölümün səbəbi isə hələ də açıqlana bilməmişdir.

Beləcə, Karnarvonun həyatını içinə alan “Tutanhamonun lənəti” anlayışı formalaşır. Bu ölüm hər kəsi sarsıtmışdı. Tutanhamonun məzarının girişində heroqlif əlifbası ilə belə bir yazı var idi “Ölüm məzara toxunana gələcəkdir”. Karnarvonun oğlu bu inancı nə inkar edirdi, nə də təsdiqləyirdi.

Beləliklə, atasının ölümündən sonra naməlum qadın tərəfindən gələn zəng onu daha çox şübhələndir. Həmin qadın ona atasının məzarına bir daha getməməsinin israrla tələb edirdi. Oğlan buna da əməl edir. Buranı kəşf etmək istəyən bir çox alim də səfərdən qayıtdıqdan sonra müəmmalı şəkildə dünyalarını dəyişirlər. Lənətə inanmayanlar isə bu insanların ya daha əvvəldən xəstə olduqlarını, ya da səyahət yorğunluğu, tozun təsiri, istilikdən və ya bu kimi səbəblərdən öldüklərinə hələ də inanırdılar.

Karnarvonun məzarını ziyarət edən bir professor və amerikalı milyoner evlərinə qayıtdıqdan bir müddət sonra açıqlana bilməyən səbəblərdən dünyalarını dəyişirlər. Digər arxeoloq Karter isə uzun bir müddət sonra ani qızdırmadan dünyasını dəyişdi. Onun ölümündən sonra köməkçiləri Meys və Bethel də ani ölümün qurbanı oldular.

Bəzi araşdırmaçılar bu sirli ölümlərin arxasındakı səbəb kimi Tutanhamonun məzarının olduğu yerin divarlarında göbələk infeksiyasını göstərdilər. Lənət teorisini çökdürməyə çalışan köhnə mədəniyyət müdiri Geml Ed-din Mehrez Tutanhamonun qalıntılarından götürüb Amerikaya apardı. Çünki o bu lənəti qəti şəkildə inkar edirdi.

Lakin bir müddət sonra o da 52 yaşında müəmmalı şəkildə vəfat edir. 1980-ci ildə İngiltərə televiziyası “Kral Tut”-un lənəti adlı film çəkməyi qərar alırlar. Çəkimin ilk günü qəribə hadisə baş verir və filmin baş qəhrəmanı idarə etdiyi maşınla yamacdan sürüşüb ayağını 10 yerdən qırır.

Baş rolu əvəzləyəcək ikinci bir aktyor tapılsa da, digər heyət filmi çəkməkdən imtina edir. Nə qədər inkar olunsa da, bu məzarı araşdırmağa çalışan yüzlərlə arxeoloq və ya alimlər qəribə şəkildə anidən dünyalarını dəyişirlər. Kim bilir, bəlkə də bu lənət həqiqətən də mövcuddur…
fia.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.