Sumqayıta icra başçısı kimi qayıdan Zakir Fərəcovla bələdəyyə sədrinin "razborka"-sı necə olacaq

3-09-2015, 21:10           
Sumqayıta icra başçısı kimi qayıdan Zakir Fərəcovla bələdəyyə sədrinin "razborka"-sı necə olacaq
Dünən dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Abşeronun icra başçısı vəzifəsindən azad edilərək Sumqayıt şəhərinə icra başçısı təyin edilib. Bu gündən etibarən Zakir Fərəcov artıq icra başçısı kimi postunu icra etməyə başlayıb. Lakin diqqətimizi çəkən əsas məqam odur ki, icra başçısı uzun illər Sumqayıtda Şəhər Bələdiyyəsinin sədri olub. Bələdiyyə sədri olduğu dövrlərdə Zakir Fərəcovun imzaladığı sərəncamla Sumqayıtda minlərlə hektar torpaq sahələri satılıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Z.Fərəcovun bələdiyyə sədri olduğu dövrlərdə Sumqayıtda satılmış torpaq sahələri ilə bağlı olaraq kütləvi narazılıqlar olub.

Hətta narazılıqlar məhkəmələrə qədər daşınıb. İndi çoxları Sumqayıta yaxşı bələd olan Zakir Fərəcovla bağlı olaraq müzakirələr açıblar. Hətta bu müzakirələrə Sumqayıtdan olan həmkarlarımız da qatılaraq təriflər, şerlər, mahnılar da bəstələyirlər.
Lakin müstəqil hüquqşünaslar, ekspertlər deyirlər ki, Sumqayıta icra başçısı təyin edilən Zakir Fərəcov ən qısa zamanda rəqiblərini, illərlə onu bələdiyyə sədri olduğu zamanlarda satan, ondan hüquq-mühafizə orqanlarına şikayət edən şəxsləri sıradan çıxaracaq.

Elə bu faktı təsdiqləyən bir açıqlamanı da xəbərimizə əlavə etmək yerinə düşür.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı: "Sumqayıtın icra başçısının dəyişməsi və bu posta şəhərin keçmiş bələdiyyə sədrinin gətirilməsi uzun müddətdir ki, mənim ən böyük arzularımdan biri sayılır. İntuisiyam deyirdi ki, bu nə vaxtsa olacaq. Bu gün arzum baş tutdu.
Səbəb çox sadədir. Deməli, Zakir Fərəcov bələdiyyə sədri olarkən torpaq sahələrinin vətəndaşlara ayrılması barədə imzaladığı qərarların əksəriyyətinin qanuniliyi ondan sonrakı bələdiyyə sədri tərəfindən mübahisələndirildi, çoxsaylı məhkəmə çəkişmələri oldu, sakinlər əziyyət və xərc çəkdilər. Məhkəmələrdə tez-tez eşidirdim: "bu əvvəlki sədrin vaxtında olub", "o vaxt torpaqların hansı prinsiplə paylandığını hamımız bilirik" və s. Həmişə arzulayırdım ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı olsun, xüsusən də indiki bələdiyyə sədri ilə paralel müddətdə. "Dua"ların geriyə oxunmasını duymaq həvəsim vardı. Mənə hadisələrin bundan sonrakı inkişafı maraqlıdır."

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, Zakir Fərəcovun hədəfində olan əsas şəxs hazırda Sumqayıtın bələdiyyə sədri olan Əbülfəz Babayevdir. Ə.Babayev torpaq mübahisələri ilə bağlı olaraq bütün məhkəmələrə yolladığı nümayəndələrinə yalnız bu tezisləri əzbərləməyi məsləhət bilirmiş - «bu pozuntulara imza atan keçmiş bələdiyyə sədri olub». Hər halda az qala Abşeronda icra başçısı olduğu dövrlərdə Zakir Fərəcovu məhkəmələrə cavabdeh kimi çağırtdırmaq istəyən Əbülfəz Babayev görəsən bundan sonra nə edəcək?

Sumqayıtdan daxil olan məlumatlara əsasən şəhərdə indiki bələdiyyə sədrinə məxsus xeyli torpaq sahələri, iri restoranlar, şadlıq evləri, ticarət mərkəzləri, avtoyuma məntəqələri, gözəllik salonları və hətta iri yaşayış binaları da var. Məhz indiki bələdiyyə sədri özündən əvvəl bələdiyyə sədri olan Zakir Fərəcovun sərəncamları təftiş etdirərək məhkəmələr vasitəsilə vətəndaşlardan təkrar olaraq xeyli «haqq» toplayıb.

İnformasiyalara əsasən bu gün Zakir Fərəcov Sumqayıt İcra Hakimiyyətində kollektivə təqdim edildikdən sonra fərdi qaydada yerli məmurlarla müsahibələr keçirməyə başlayıb. İcra başsçısının onu illərlə bağaca qoyan bələdiyyə sədri ilə bağlı yaxın günlərdə sərt tədbirlər görəcəyi gözləniləndir. Hətta Zakir Fərəcovun kütləvi olaraq torpaq alqı-satqısından narazı olan vətəndaşların müraciətlərini təkminləşdirərək hüquq-mühafizə orqanlarına göndərəcəyi də istisna edilmir.
Bu mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.