Həftədə neçə dəfə balıq yemək lazımdır?

14-06-2025, 11:08           
Həftədə neçə dəfə balıq yemək lazımdır?
Balığın sağlamlığa təsiri danılmazdır və mütəxəssislər bu məhsulun rasionda mütəmadi yer almasını tövsiyə edirlər.
Bu barədə kardioloq və reabilitasiya üzrə mütəxəssis Mariya Çaykovskaya NSN-ə müsahibəsində danışıb. Onun sözlərinə görə, həftədə iki-üç dəfə balıq yemək ürək-damar sağlamlığını qorumaq üçün kifayət edir.Çaykovskaya bildirib ki, bu miqdarda balıq orqanizmi asan həzm olunan protein, omeqa-3 yağ turşuları və B qrup vitaminləri ilə təmin edir. Mütəxəssis qeyd edib ki, tədqiqatlar gündə 35 qram balıq istehlakının infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edir.Ekspert vurğulayıb ki, insan orqanizmi omeqa-3 yağ turşularını özü sintez edə bilmir. Bu səbəbdən də onu qida vasitəsilə mütəmadi qəbul etmək vacibdir. Çaykovskaya əlavə edib ki, balığı düzgün şəkildə bişirib yemək həm uzunömürlülüyə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir. Həkim hər kəsi öz qida rasionuna balıq əlavə etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru