Quti Arda Güler haqqında diqqətçəkən açıqlamalar verib

14-06-2025, 10:48           
Quti Arda Güler haqqında diqqətçəkən açıqlamalar verib
"Real Madrid"in əfsanəvi yarımmüdafiəçilərindən olan Xose Mariya Qutyerrez (Quti) Arda Güler ​​haqqında diqqətçəkən açıqlamalar verib.

"Haber Global" xəbər verir ki, gənc istedadı "ona ən çox oxşayan oyunçu" kimi xarakterizə edən Quti Gülerə güvəndiyini bildirib.

Quti Arda Gülerin böyük bir klubda oynamağın çətinliklərini yaşadığına işarə edib: "Ümid edirəm ki, onun karyerası mənimkindən daha yaxşı olacaq. Keyfiyyət, istedad, son ötürmə və qol baxımından mənə ən çox bənzəyən oyunçudur. O, çox gəncdir və çətin klubda böyüyür. Başqa komandada olsaydı, daha çox oyun vaxtı olardı. Sadəcə Madriddə məşq etmək onu təkmilləşdirəcək", - Quti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru