AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?

Dünən, 10:45           
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bir müddət əvvəl özünün bahalaşan tarifləri ilə diqqətə gələn və etiraza səbəb olan - özünü "ölkənin ən böyük mobil operatoru" adlandıran "Azercell" indi də yeni narazılıq dalğası yaratmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda bir kampaniya da başladılaraq, "Azercell"ə qarşı növbəti hərəkətlənməyə start verilib.

İlk olaraq bu məsələ ilə bağlı etirazını paylaşan Himət Məhərrəmov adlı sosial şəbəkə istifadəçisi bildirir: "Şikayətim "Azercell" şirkətindəndir. Şirkət nömrəmi bağlayıb, nömrədəki vəsaiti mənimsəyib.

Şirkəti məhkəməyə vermək üçün mütəxəssis, kollektiv şikayətdə iştirak etmək istəyən şəxslər axtarıram..."

Qeyd edək ki, artıq narazı "Azercell" abunəçisinin çağırışna reaksiya verənlərin sayı onlarladır. Onlardan biri - Ülviyyə Fərziyeva adlı abunəçi isə belə yazır: "Eyni hal mənə də olub. 15 illik nömrəmi bağlayıblar. Kontur da vurulur... istifadə də olunur. Hara şikayət edək?"

Görünəni odur ki, "Azercell" sanki ölkəni qarışdırmaq üçün bir fürsət qovalamaqdadır. Yəqin, bu fakt ilgilir qurum və şəxslərin də diqqətini cəlb edib...

Mövzuya qayıdacağıq...














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.