"Ryanair" təyyarədə asayişi pozanlar üçün yeni cərimə tətbiq etdi

14-06-2025, 10:56           
"Ryanair" təyyarədə asayişi pozanlar üçün yeni cərimə tətbiq etdi
Hava səyahətinə üstünlük verən sərnişinlərə birbaşa təsir edəcək yeni qərar qəbul edilib.

"En Son Haber" xəbər verir ki, bundan sonra İrlandiyanın hava yolu şirkəti "Ryanair" təyyarədə asayişi pozan sərnişinləri cərimələyəcək.

Yeni qərara görə, sərnişinin təyyarədən çıxarılması ilə nəticələnən hər bir intizamsızlıq həmin şəxsə 500 funt-sterlinqə (təxminən 1155 manata) başa gələcək.

Bu yeni qayda ilə şirkət həm sərnişinlərin, həm də ekipajın rahatlığını və təhlükəsizliyini qorumağı hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru