Özünü 9-cü mərtəbədən atan gəlinin rəfiqəsi: - “...Yalandır”

1-10-2015, 17:21           
Özünü 9-cü mərtəbədən atan gəlinin rəfiqəsi: - “...Yalandır”
Bir neçə gündür ki, Bakıda evi yandırıb, özünü 9-cu mərtəbədən ataraq intihar etdiyi deyilən Könül Adıgözəlova ilə bağlı müxtəlif məlumatlar yayılır.

Könül Adıgözəlovanın rəfiqəsi Ramilə Həmidova Cebhe.info-ya hadisə barədə fərqli məlumatlar verib. Ramilə Həmidovanın sözlərinə görə, intihar edən Könül Adıgözəlova ilə uzun müddət yaxın rəfiqə olub.

Bir yerdə böyüyən rəfiqələr ailə qurduqdan sonra da ünsiyyəti davam etdiriblər: “Konul yaxin rəfiqəm idi. Həm də atasıgıllə çox yaxın qonsu olmusuq. Sonra onlar köçdülər. Amma münasibətimiz əvvəlki kimi qaldı. Mən hazırda Sankt-Peterburqda yaşayıram. Hadisəni atam və bacım danısdı. Çox üzüldüm, olduqca acıverici hadisədir”.

Ramilə Həmidovanın sözlərinə görə, Könülün gəlin olduğu ailədə problemləri olub. İki rəfiqə dəfələrlə Könülün həyat yoldaşı və qayınanası tərəfindən onu incitdikləri barədə söhbət ediblər.

Hətta ailədəki söz-söhbətlərdən çoxunun Könülgilin ailəsinin xəbəri olmayıb: “Könülün atası qızına zülmlərlə bağlı hələ az danışıb. Həyat yoldaşıgilin ailəsi daha çox zülm veriblər ona. Dəfələrlə ona məsləhət gördüm ki, oğlandan ayrılsın. Amma eşitmədi məni. Oğlanı anlaya bilmirəm”.

Mətbuatda gəlinin intihar etdiyi yox, öldürüldüyü barədə məlumatlara gəlincə, Ramilə Həmidova bu barədə danışmaq istəməyib.

O, hadisənin əsl detallarını gizlətməyə çalışsa, da ünsiyyət zamanı şübhəli ifadələr işlədib: “Yox, danısa bilmərəm. Yəni, buna haqqım catmir. Valideynlərin, qardasının buna haqqı catir. Əvvəl yazmışdılar ki, evi yandırıb, ancaq yalandır. Oğlanın anası deyibmiş. Ancaq evdə hec zərrə qədər də tüstü olmayib”.

Xatırladaq ki, 8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birindəki yanğın bir nəfərin ölməsinə səbəb olub. Məlumatlara görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə isə, evdə baş vermiş yanğını K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: “Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.