“Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur

28-11-2019, 20:44           
“Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur
Teref.az: Gənclərin uğurlu karyera qurmalarına hər zaman dəstək olan “Nar” növbəti dəfə karyera sərgisində iştirak edib.

TEREF.AZ xəbər verir ki, mobil operator Azərbaycan Texniki Universiteti (AZTU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkil etdiyi növbəti karyera sərgisində yer alıb. Tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləyərək mobil operator Əlavə Dəyər Xidmətləri (ƏDX), məhsulların idarə olunması, analitika və hesabatlar üzrə aparıcı mütəxəssis və illüstrasiya və qrafik üzrə dizayner vəzifələrinə sənəd qəbulu təşkil edib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. “Nar” stendinə maraq böyük olub. Sərgidə tələbələrə 60-dan çox müəssisədən vakant iş yeri və təcrübə proqramları təklif olunub.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.