Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib

1-05-2021, 13:18           
Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.