"ŞAMAXI TARİXİNƏ SƏYAHƏT" ADLI EKSKURSİYA BAŞ TUTUB
2-05-2021, 18:30
Üçüncü Bahar İctimai Birliyinin Ətraf Mühit İcması ilə əməkdaşlığı çərçivəsində 1 may tarixində Şamaxı YAŞA mərkəzinin üzvləri Kələxana türbələrinə ekskursiya ediblər.
Şamaxının tarixi məkanlarından olan Kələxana türbələri kompleks şəklindədir və ümumilikdə doqquz türbədən səkkizi dövrümüzə qədər gəlib çatmışdır. Bələdçi, Ətraf Mühit İcmasının əməkdaşı Ülvi Məmmədov ekskursiya iştirakçılarını Kələxana türbələr kompleksi ilə tanış edib, türbələrin tarixi, arxitekturası, coğrafi mövqeyi və başqa məlumatları onlara çatdırıb.
Ekskursiyanın sonunda təqaüdçülər xoş təəssüratlarla evə dönüblər.