Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər inzibati məsuliyyətə cəlb edilib

7-05-2021, 18:21           
Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər inzibati məsuliyyətə cəlb edilib
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb. Əvvəllər də edilən xəbərdarlıqlara baxmayaraq, yenə də analoji qayda pozuntusuna yol verən bəzi sürücülər barəsində isə inzibati protokol tərtib olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.