Mayın 10-da gözlənilən hava şəraiti

10-05-2021, 12:32           
Mayın 10-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 10-da

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Mayın 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 10-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.