Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.