Şəkidə yabanı halda bitən çətənə kolları məhv edilib
29-05-2021, 11:37
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çeşməli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, ümumi çəkisi 600 kiloqramdan artıq olan 8156 ədəd həmin çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.