Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib
8-06-2021, 10:21
Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, ümumi çəkisi 380 kiloqramdan artıq olan, 2297 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.