Şabranda DYP reyd keçirib

19-06-2021, 16:35           
Şabranda DYP reyd keçirib
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq bölmə əməkdaşları nəqliyyat vasitələrinin qabaq yan və alın şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinin qarşısının alınması istiqamətində tədbirlər keçiriblər.

Qayda pozuntusuna yol verən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.