İmişli sakinindən odlu silah və narkotik götürülüb

22-06-2021, 16:32           
İmişli sakinindən odlu silah və narkotik götürülüb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Göbəktala kənd sakini Sakit Ağayev saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan narkotik maddə olan heroin və bir ədəd müvafiq sənədləri olmayan odlu silah, həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.