Qazax polisi yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirib

26-06-2021, 09:06           
Qazax polisi yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirib
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də icra və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.

Diqqətə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Sakinlər taxıl və ot biçinlərindən sonra sahələrə od vurmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət etməlidirlər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.