İyulun 5-də gözlənilən hava şəraiti
4-07-2021, 16:18
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyulun 5-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti,
Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
İyulun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə
15-20 isti, gündüz 26-31 dərəcə isti olacaq.