Saatlı sakini həmkəndlisinin təsərrüfatını yandırıb

15-07-2021, 11:00           
Saatlı sakini həmkəndlisinin təsərrüfatını yandırıb
Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az"a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.

Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.