Hava şəraitinin dəyişəcəyi haqqında Məlumat

29-11-2021, 15:17           
Hava şəraitinin dəyişəcəyi haqqında  Məlumat
Bakıda və Abşeron yarımadasında

Dekabrın 01-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacağı ehtimalı var.

Havanın temperaturu 02-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 01-i günün ikinci yarısından 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Hidrometeoroloji Proqnozlar

Bürosunun direktoru G. Məmmədova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru