Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

1-02-2022, 16:09           
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Hacıqasımlı kənd ərazisində müvafiq icazəsi olmadan ov edən bir nəfər rayon sakini saxlanılıb. Ondan bir ədəd “Toz-63» markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru