Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

13-02-2022, 10:48           
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, şəhər sakini Elsevər Usubalıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.

E.Usubalıyev barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru