Bu gün hava yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

14-02-2022, 07:05           
Bu gün hava yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Fevralın 14-də

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti,

Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 776 mm civə sütunundan 772 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.