Saatlı və Hacıqabul rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb

18-02-2022, 08:41           
Saatlı və Hacıqabul rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Saatlı rayon sakini M.Eyvazova COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini E.Əsədov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru