Mərhəmət Lələyev qalmaqaldan uzaq olduğunu və müstəqil fəaliyyət göstərdiyini bildirib

Bu gün, 08:14           
Mərhəmət Lələyev qalmaqaldan uzaq olduğunu və müstəqil fəaliyyət göstərdiyini bildirib
Masallı, Azərbaycan – Bir ay bundan öncə azadlığa çıxan “Cənubun Səsi” xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev Teref.az-a açıqlama verib.

Lələyev bildirib ki, keçmiş məhkumluq həyatı ona həm bir məktəb, həm də yeni baxış bucağı qazandırıb:

“Yarıda qalmış həyatıma davam edirəm. Məhkumluq həyatı yaşadım – bu da bir məktəbdir, bilmədiyim çox şeyləri orada öyrəndim. Hazırda fərqli düşüncələrdəyəm, həyata baxış tərzim başqadır. Mən hər zaman dövlətimizi sevmişəm və bu hər zaman belə də davam edəcək.”

O, ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini və daim dövlətçilik mövqeyində olduğunu vurğulayıb:

> “Bu xalqın gənc nümayəndəsi kimi ölkə Prezidentinin apardığı daxili və xarici siyasəti dəstəkləyirəm. Ölkəmiz gündən günə inkişaf edir. Mən də öz işlərimin başındayam. Tezliklə yeni xəbər saytı ilə izləyicilərimizin qarşısına çıxacağam.”

Mərhəmət Lələyev hazırda həm media, həm də ictimai fəaliyyətlə bağlı yeni planlarının olduğunu qeyd edib:

> “Müstəqil fəaliyyət göstərirəm, yeni layihələr üzərində işləyirəm. Cənub bölgəsində QHT və ictimai birlik üçün sənədlərin hazırlığı gedir. Dəstək olanlar çoxdur, təbii ki, bunların arasında paxıl, gözü götürməyənlər də az deyil. Yalnız hər zaman özümə güvənmişəm və hər zaman qarşıma qoyduğum məqsədlərə çatmışam.”

O, keçmişdə azadlığını itirsə də, hazırda həyatına və işinə daha möhkəm bağlandığını söyləyib:

> “Bəşəri tarixin mənim üçün görünən azadlığı 5 ilə başa gəlib. Dəstək olan bütün dostlarıma təşəkkür edirəm. Qalmaqaldan uzağam, fəaliyyətim dövründə müstəqil işlər görüb həm rayonumuza, həm də xalqımıza məxsus dəyərləri qoruyub saxlamalıyam. Sizləri çox sevirəm, özünüzü qoruyun.”

Sonda Lələyev ona qarşı mənfi fikirlərdə olan şəxslərə də mesaj ünvanlayıb:

> “Bəzi məni yıxmaq istəyənlərə bildirmək istəyirəm ki, Lələyevin əlindən azadlığı alınmışdı – o da artıq qaydasına düşüb. Azadlıqdayam, qələmi isə hələ əlimdən almayıblar. Hər şeyi açıb danışmayaq.”

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru