İsmayıllıda karantin qaydalarını pozan 15 nəfər cərimələnib
18-02-2022, 19:48
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı mağazalarda tibbi maskadan istifadə etməyən,özləri ilə yanaşı digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Mövcud qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb, qanunun tələbləri bir daha izah edilib.
Ümumilikdə qapalı məkanlarda keçirilən yoxlamalar zamanı karantin rejiminin qayda və tələblərinə riayət etməyən 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.