Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

31-01-2023, 09:29           
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru