Tərtər rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbə müdiri Nəcəf Əlizadə, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər, rayon dindarları və ziyalılar iştirak etmişlər.
DİA.AZ xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirmişdir. Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildirmişlər.