Akif Çovdarovun biznes şəriki vətəndaşın 100 minlik obyektini necə ələ keçirdi? – Rəşid Manafovun məmur səlahiyyətlərindən istifadə edərək ələ keçirdiyi “biznes imperiyası”

6-04-2017, 21:30           
Akif Çovdarovun biznes şəriki vətəndaşın 100 minlik obyektini necə ələ keçirdi? – Rəşid Manafovun məmur səlahiyyətlərindən istifadə edərək ələ keçirdiyi “biznes imperiyası”
Avropa.info-nun redaksiyasına Nefçala tayon Maliyyə Şöbəsinin müdiri Rəşid Manafovdan şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində qeyd olunur ki, Nefçala şəhərinin mərkəzindəki, dəyəri 100000 manatdan artıq olan Nefçala Məişət Evinin səhimlərinin 31% Zülfiyyə Babayevaya, 31% Səxavət Babayevə, yerdə qalan 38% i isə dövlətə məxsus olmasına baxmayaraq, Rəşid Manafov Babayevləri aldadaraq, onlara təxminən 10.000 manat civarında ev verərək, səhmdarı olduqları Məişət evində olan paylarını əllərindən alıb. Daha sonra pay sahiblərinin şikayətini görüb onlara yalan vəd verməklə növbəti dəfə də aldadıb. Şikayətçilərin sözlərinə görə, Rəşid Manafov Zülfiyyə Babayevaya Maliyyə Şöbəsində iş verəcəyini, daha sonra isə aylıq pul verəcəyini vəd etsə də, sözünü tutmayıb.
Avropa.info-nun araşdırması nəticəsində məlum olub ki, bu Rəşid Manafov haqqında edilən ilk şikayət deyil. 14 ildir rayonun Maliyyə Şöbəsinə rəhbərlik edən bu şəхs, vəzifəsindən istifadə edərək, özü üçün böyük “biznes imperiyası” qurmağa nail olub. Neftçalada onun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur. Rəşid Manafovun “biznes imperiyası”na rayon avtovağzalının yanındakı mebel seхi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahəsi və s. daхildir. Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin sadəcə bir hissəsidir.
Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri seçdirməyə nail olub.R.Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bələdiyyə sədri olanadək şəhər stadionunun yaхınlağındakı 100 kvadratmetrlik ərazidə ticarətlə məşğul olan Aydın Aslanovun indi şəhərin özündə və kəndlərində bir neçə sənədsiz ticarət obyekti fəaliyyət göstərir. Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri və daysının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib.
Məlumat verən mənbə bildirir ki, Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi sahibkarları hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiq etməyə başlayıb. Dayısına arxalanan bələdiyyə sədrinin məmur dayısının arxalandığı şəxs isə keçmiş MTN generalı Akif Çovdarovdur. Rəşid Manafov sözügedən bu balıq biznesinə də, elə Akif Çovdarovla birgə qol qoyub. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Rəşid Manafov və bacısı oğlu Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb. Məsələni diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.