Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş musiqili konsert proqramı.

10-05-2018, 21:11           

Mayın 2-də Azərbaycan Dövlət İqtisad Universitetində ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş musiqili konsert proqramı keçirilib. Tədbirdə millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri, professor Xanhüseyn Kazımlı, AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi, Tibb universitetinin baş müəllimi Aida Bəndəliyeva, UNEC-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra açılış üçün söz İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyevə verildi. Sonra çıxış edən ATGTİ-nin departament rəhbəri Ramiz Məhərrəmov qonaqları salamladı və tədbir haqqında ətraflı məlumat verdi. Daha sonra Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor Əlican Babayev H.Əliyev haqqında xatirələrini gənclərlə bölüşüb. Tədbirdə iştirak edən millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Şöhrət ordenli Xanhüseyn Kazımlı öz çıxışında ulu öndərin bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də xidmətlərinin əvəzsiz olduğunu söylədi.
Tədbirin bədii hissəsində Milli Konservatoriyanın tələbələrindən ibarət ansamblın müşaiyəti ilə gənc xanəndə və vokalistərin ifasında bir-birindən gözəl musiqilər səsləndirilib. Tədbirin layihə rəhbəri UNEC-in 1-ci kurs tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərzadə və Milli konservatoriyanın 2-ci kurs tələbəsi, istedadlı vokalist Elşən Məmmədovun ifaları isə dinləyicilərin xüsusi marağına səbəb olub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.