Azərbaycan gəncləri Ali Baş komandanın bir əmri ilə Şam namazını Şuşada qılacaq gücə malikdir
30-05-2018, 10:40
Naxçıvan... Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bu qədim diyar haqqında yazdıqca yazmağım gəlir. Qayğıkeş, vətənpətvər insanlarndan, Azərbaycanı eyni zamanda Naxçıvanı bütün dünyada tanıdan siyasətçilərindən...
Bəşər tarixində elə şəxsiyyətlər var ki, onların varlığı cismani yoxluqlarindan sonra belə insanların yaddaşına əbədilik həkk olunur. Belə şəxsiyyətlərdən biri də böyük siyasət adamı, zəmanəmizin ən böyük azərbaycanlısı, fonemen yaddaş sahibi Heydər Əlirza oğlu Əliyevdir. Məncə bu fakt Naxçıvan əhəlisinin necə vətənsevər olmasının əyani subutudur.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövru zaman baxımından o qədər uzun çəkməsə də, ictimai-siyasi və sosial-iqtisadi baxımdan müstəqillik uğrunda mübarizə tariximizin önəmli bir səhifəsidir. Üstündən illər keçməsinə baxmayaraq, bu dövr təkcə tarixçilərin və siyasətçilərin yox, eləcə də geniş ictimaiyyətin, ən önəmlisi isə gəncliyimizin öyrənəcəyi və ibrət götürəcəyi tarixdir.
Ulu öndər gənclərimizə belə bir nəsihət qoyub getdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz his¬səsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Qürurverici bir haldir ki, bugün bu nəsihətləri layiqincə yerinə yetirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kimi rəhbəri var. Onun yürütdüyü siyasət ulu öndər Heydər Əliyev ideyalarını əzmlə, sədaqətlə və mükəmməl şəkildə həyata keçirməsi sayəsində gerçəkləşmişdir.
V.Talıbov hər zaman ən böyük məqsədinin ulu öndərin siyasi kursunu layiqincə davam etdirmək olduğunu vurğulayaraq deyir: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.
V.Talıbovun sözləri ilə ifadə etsəm: “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaldıb”.
Şəxsən mənim üçün maraqlı idi ki, zaman-zaman tarixi şəxslər yetişdirən cənnət məkanda yaşayan gənclər hansı düşüncəyə malikdir?
Və bu yaxınlarda ulu öndərimizin 95 illiyi əlaqədar təşkil olunmuş tədbirdə təkcə nadir şəxsiyyətlər deyil, nadir ağacların “Narbənd ağacı” məskəni olan Şərur rayon Babəki kəndində yaşayan Yaşar Qasımov adlı bir gəcimizələ tanış oldum və ona belə bir sual unvanladım:
Bu gün Naxçıvan gənclərinin düşüncəsi, məçğuliyyəti nədən ibarətdi? Bir gənc olaraq bunları mənə deyə bilərsinizmi?
Vətənpərvər gəncimiz dilindən bu sözləri eşidərək, sözün əsil mənasında Naxçıvanın hər zaman igid oğullar yetişdirməsinin bir daha əminliyinə vardım.
- ““Mənim üçün hər şeydən əziz mənim xalqım, mənim Vətənim, mənim torpağımdır” umumilli liderimiz bu sözləri hər zaman bizim həyat amalımız olub!
Bu gün gənclərə vətənpərvərlik hisslərinin aşılanması diqqət mərkəzində saxlanılır.
Hər ay Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənc¬lərə vətənpərvərlik mövzusunda filmlər nümayiş olunur. Onların zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir sıra əhəmiyyətli layihələr, məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclərin təhsilə, elmə, mədəniyyətə və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasına daim diqqət yetirilir.
Hazırkı dönəmdə gənc¬lərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün Muxtar Respublikamızda hər cür şərait yaradılıb.
Cənab Vasif Talıbovun da dediyi kimi: “Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola, Naxçıvan kimi ikinci bir muxtar qurum tapmaq çətindir ki, blokada şəraitində yaşaya-yaşaya gəncliyin problemləri ilə bu qədər yaxından məşğul olsun”.
Güman edirəm ki, biz gənclər də öz məsuliyyətimizi dərindən dərk edərək üzərimizə düşən vəzifələrin ağırlığını, eyni zamanda xalqımız üçün son dərəcə gərəkli olduğunu anlayır və əllərimizdən gələni əsirgəməməliyik.
Şübhəsiz ki, əsas vəzifəmiz işğal olunmuş torpaqlarımızı geriyə qaytarmaq, yurd-yuvalarından didərgin düşmüş, soydaşlarımızı öz evlərinə qaytararaq, babalarımızdan bizə miras qalmış doğma Azərbaycanımızı bütöv şəkildə gələcək nəsillərə əmanət etməliyik.
Yəni həm dövlət orqanları, həm də cəmiyyət qarşısında, hər bir vətəndaşın əsas vəzifəsi bu olmalıdır.
Qürur hissi ilə deyə bilərəm ki, bugün ölkəmiz çox güclü orduya malikdir. aprelin 1-dən 2-nə keçən gecə düşmənlə təmas xəttində baş verən “dördgünlük müharibə” göstərdi ki, Azərbaycan Ordusu qüdrətli və yenilməzdir. Azərbaycan Ordusunun generalından tutmuş sıravi əsgəri (mülki əhali) hamı bir nəfər kimi doğma Vətən uğrunda canından keçməyə hazir idi.
Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub və bizim gənclər isə belə əskərlərimizdən ilham alaraq, Ali Baş komandanın bir əmri ilə Şam namazını Şuşada qılacaq gücə malikdir.
Mən tam əminliklə deyə bilərəm ki, tək Naxçıvan gəncləri deyil eyni zamanda Azərbaycanda və onun hududlarından kənarda yaşayan, damarlarında TÜRK qanı axan, hər bir Azərbaycan gənci belə düşünür. Möhtərəm prezidentimiz cənab İlham Əliyevə güvənirik, yürütdüyü uğurlu daxili və xarici siyayət nəticəsində biz öz doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik.”
Əziz gənclər gəlin vaxtımızı, ömrümüzü boş-boş şeylərə sərf etməyək. tariximizi öyrənək, vətənpərvərlik öyrənək ki, şəhidlərin canı bahasına əldə olunan müstəqilliyimizi qorumağı bacaraq, qədim yurdumuzu düşmən tapdağından azad edə bilək.
Doğma torpaqlarımıza qovuşmaq ümüdilə...
söhbəti yazdı Tünzalə İşmayılova