Əbülfəz Məlikov aqrar sahənin yüksəlişinə yönəlmiş dövlətin “Fermer evləri” layihəsini necə darmadağın etdi - Araşdırma

1-06-2018, 12:02           
Əbülfəz Məlikov aqrar sahənin yüksəlişinə yönəlmiş dövlətin “Fermer evləri” layihəsini necə darmadağın etdi - Araşdırma
"Trans-Broker" MMC-nin yaranan günündən onun keçmişç sədri Əbülfəz Məlikovla və onun ilginc biznesi ilə bağlı bir çox faktlar saytımızda oxuculara təqdim etmişik. Nəinki teref.azn-nun hətta bütün media məkanında gedən məlumatlara görə, gömrükdə kök salmış şəbəkənin rəhbəri Əbülfəz Məlikov dövlətə vurduğu yüz milyonlarla ziyana görə həbs edilməli idi. Lakin hansısa sehirli bir əlin köməkliyi ilə o nəinki canını həbsdən qurtardı, hətta dünənə qədər gömrükdə boğazına çökdüyü fermer kəndli zümrəsinin hamisi və dostu kimi cəmiyyətə təqdim olundu.
Gömrükdə sınırsız imkanlara və hökmə malik olan Məlikov təzə postundan heçdə razı olan şəxsə oxşamır.
Məlumatlı şəxslərin saytımıza verdiyi məlumata və saytın media üstündən apardığı araşdırmalara görə uzun illər ərzində "Trans-Broker" MMC adı altında Məlikov cənabları təxminən 400 milyon dollarlıq bir sərvət əldə edib, indi isə ona yeni vəzifəsində - "Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda əslində gömrükdən büdcəmizə ötürülməli olan və onun tərəfindən mənimsənilən pulları xərcləmə missiyası həvalı olunub.
Əslində buda büdcə talançıları ilə bir mübarizə yoludur ki, sadə kəndli və fermerlər bundan yararlansınlar və dövlətin büdcəsinə gəlir gətirsinlər.
Lakin teref.az- ya məlumat verən mənbənin 1 sualı yerinə düşür.

Əbülfəz Məlikov ona həvalə edilən işi həıyata keçirdirmi?
Burda mediaya müraciət edərək bəzi mənbənin bizə verdiyi məlumatı mediada gedən məlumatlarla üzlaşdırsaq görərik ki, əski "Trans-Broker"-in şefi
Əbülfəz Məlikov hələ bu ilin əvvəlində "yuxarılara" verdiyi vədi demək olar ki, "unudub". Mənbənin söylədikləri: "Quba rayonunda "Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi". Bunu dia.az yazır!
Bu media resursunun dediyini saytımıza məlumat verən mənbədə təsdiq edir. Həqiqətəndə Quba rayonun da yaradılmalı olan "fermer ev"-ləri möhtərəm Əbülfəz Məlikov-un yadından çıxıb.

Qeyd edək ki, pilot layihə olan "fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi.

Amma olmadı. Çünki Məlikov rəsmən hökumətə "atdı". Mənbə bildirir: "Bu zaman başa düşmədi ki, təkcə özünü yox, onunla bağlı "yuxarılara" təminat verən səlahiyyətli şəxsi də zərbə altında qoymuş olur. Və indi də problemlər qabara bilər ki, bu da Məlikovun birdəfəlik "silinməsinə" gətirib çıxaracaq". Bunuda dia.az yazır.
teref.az-ya məlumat verən mənbənin dediyinə respublika rəhbərliyinin planlaşdırdığı və gələcəkdə ölkənin aqrar inkişafına böyük dəstək ola biləcək bu layihənin Əbülfəz Məlikov tərəfindən bərbad edilməsi onu qoruyan qüvvələrin zərbə altına qoyulması kimi dəyərləndirilir.
teref.az-ya məlumnat verən mənbənin sözlərinə görə ona tanınan bu şansı dəyərləndirməməyi əslində yuxarılarında xoşuna gəlməyib.
Lakin müəyyən səbəblərdən bu dəfədə onun günahlarını bağışlayıblar.
Görəsən bu adamın sabotajı qabardılsa və müəyyən dairələrə çatdırılsa ona qaranti duran əllər onu qoruya biləcək?
Araşdırmamız davam edir! Bizi izləyin!

ANONS:

- Əbülfəz Məlikov nazirlərdən birinə necə problem yaratmaqdadır?
- Onun həbsi üçün hansı addımlar atılır?
- Əbülfəz Məlikovun əmlaklarının şok siyahısı
və digər faktalrı yaxın günlərdə təqdim edəcəyik.
Yuxarıda yazılan faktlarla bağlı Əbülfəz Məlikovla əlaqə qurmaq ist\səkdə buna nail ola bilmədik!
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.