Uşaqların bayramı İsmayıllıda yüksək səviyyədə qeyd olunub.
1-06-2018, 19:47
teref.az - Bu il uşaqlar üçün “Günəş” istirahət Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri təşkil edillib. Bağça yaşlı uşaqların, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov, Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak ediblər.
Uşaqları təbrik edən RİH başçısının müavini Sevil Əhmədova uşaqlara olan dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyini qeyd edib.
Tədbirdə iştirak edən kiçik yaşlı uşaqlar şeir və mahnılar söyləyib, istedad və bacarıqlarını nümayiş etdiriblər.
Respublikada keçirilən bədii gimnastika üzrə yarışlarda yer tutmuş qızlara, Gənclər İdman İdarəsinin, o cümlədən tədbirdə fəal iştirak edən şagirdlərə Rayon Gənclər İdman İdarəsinin diplom və hədiyyələri təqdim edilib.