Azay Quliyev Sloveniya Milli Şurasının sədrinə təşəkkür ünvanladı

1-06-2018, 20:30           

ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev Twitter hesabından Sloveniya Milli Şurasının Prezidenti Cənab Alojz Kovsca, Maribor Bələdiyyəsinin rəhbəri Andrey Fistraveç və Avropa Memorial Qəbirstanlıqlar Assosiasoyasının Prezidenti Xanım Lidiya Plibersekə təşəkkür ünvanlayıb.

Turkustan.info xəbər verir ki, A.Quliyev Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılışına verdikləri töhfəyə görə sözügedən şəxslərə təşəkkürünü ifadə edib.

Xatırladaq ki, mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib. Bu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının birgə layihəsidir.

Mərasimdə Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü, professor Fərhad Bədəlbəyli, Maribor şəhərinin meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.